banner
banner

Gündəm

İslahatların davamı olacaqmı?

İslahatların davamı olacaqmı?
Yazar: Asəf Novruzov

İlham Əliyev başladığı kadr və struktur islahatlarını davam etdirməkdədir. Bu günlər də isə Prezident Admnistrasiyası ilə bağlı qlobal islahat həyata keçirildi və maraqlıdır ki, bu islahatlar Azərbaycana nələr verəcək? Mərkəzləşmənin başlanığıcı... Aparılan islahatlar bir daha sübut edir ki, hakimiyyətin idarəetmə sistemində bir mərkəzləşmə prosesi gedir və sözsüz ki, bu çox ciddi, müsbət istiqamətli nəticələr verəcək. Birinci ona görə ki, Nazirlər Kabinetinin də strukturunda islahatlar aparıldı, paralel şöbələr ləğv edildi. Bununla da Nazirlər Kabinetinin funksyaları daha da konkretləşdirildi. Bunun məntiqi davamı olaraq icraedici strukturunda fəaliyyətində mərkəzləşmə aparılmalı idi. Prezident İlham Əliyevin çıxartdığı son qərar isə bunu tamlıqla təmin etdi.

Müasir baxışlara müasir yanaşma

İkinci əsas məqam bu oldu ki, aparılan struktur islahatları nəticəsində bir neçə nazirlik ləğv edildi, bir neçə struktur isə birləşdirildi. Bununla da korrupsiyaya, bürokratik əngəllərə qarşı savaş başladı. Çox maraqlı başqa bir məqam isə bu oldu ki, yeni mühüm postlara daha çox gənclər, həm də Avropa təhsilli gənclər cəlb edildi. Bu isə müasir baxışlara önəm verməkdir. Belə olan halda hələ də kompyuterdən istifadə edə bilməyən yaşlı təbəqənin bir hissəsi sözsüz ki, təqaüdə göndərilməli idi.

Dağılan mif

Bu islahatlar olmayana qədər cəmiyyətdə belə rəy var idi ki, uzun illər nazir postunda oturan şəxsləri kənarlaşdırmaq mümkün deyil və bu olarsa idarəetmədə çatlar yaranacaq. Hətta adi bir nazirin bir günün içində ölkədə iqtisadi sabotaj yarada biləcəyi də söylənilirdi. Amma aparılan islahatlar sübut etdi ki, bu yaradılmış süni mifdir. İlham Əliyev ölkəni tam nəzarətdə saxlayır və hansısa qruplaşmanın təxribat törədə bilməsi mümkünsüzdür.

Günün sualı

Bu gün isə ekspertləri növbəti sual maraqlandırır; icraedici strukturlarda aparılan islahatlardan sonra qanunverici orqan olan Milli Məclis mövcud reallıqla ayaqlaşa biləcəkmi? Bu suala birmənalı cavab vermək hələ ki, çətindir. Ən azı ona görə ki, parlamentdə hakim YAP təmsilçiləri çoxdur və deməli hakimiyyətin maraqları ilə maraqlar üst-üstə düşəcək. Başqa arqument isə budur ki, icraedici strukturda olduğu kimi qanunverici strukturda da daha çox gənclərə, Avropa təhsilli insanlara üstünlük verilərsə daha effektli olar. Hələlik bu sual açıq olaraq qalır. İcraedici struktura gəldikdə isə bu islahatları sadəcə olaraq alqışlamaq lazımdır.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Kamran Əliyev tutduğu vəzifədən azad edildi

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini, Qeydiyyat-İmtahan və Texniki Baxış İdarəsinin rəisi polis polkovniki Kamran Əliyev təqaüdə göndərilib.

Parkinq sabotajı: Məmurların pul qazanmaq ehtirası, yoxsa...

Azərbaycan Dəmir Yolları ASC-nin sürücülərin rahatlığı üçün yaratdığı parkinq xidmətinin qiyməti şok effekti yaradıb. Onsuz da şəhərdə parkinq qiymətləri kifayət qədər yüksək idi və sürücülər buna etiraz edirdilər. Lakin ADY rəhbərliyinin parkinq xidməti üçün təyin etdiyi qiymət səbir kasasını doldurdu.

“Azərbaycanda varlıların işğal etdikləri torpaqlar var”: Komitə sədrindən AÇIQLAMA - FOTO

Azərbaycanın bəzi rayonlarında min hektarlarla əkinəyararlı torpaq sahələri, örüş yerləri hasarlanıb və illərdir toxunulmaz ərazilər kimi imkanlı şəxslərin, o cümlədən məmurların mülkiyyətində saxlanılır. Hətta dövlət başçısı da zamanında əkinəyararlı torpaqların imkanlı şəxslər tərəfindən zəbt edilməsinə diqqət çəkmişdi.

SON DƏQİQƏ! XİN məlumat yaydı

Maraqlıdır ki, Azərbaycan 30 ilə yaxın silahlı təcavüzün, işğalın və etnik təmizləmənin qurbanı olduğu halda və hətta BMT Təhlükəsizlik Şurasının Ermənistanın işğalçı qüvvələrinin dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsinə baxmayaraq, heç zaman Aİ və ABŞ-dən bu formada qeyd-şərtsiz dəstək almayıb.

Azərbaycanın quru sərhədləri açılmayacaq

“Rusiyada baş verən son terror aktı da göstərdi ki, yalnız daxilə fokuslanmaq olmaz və bütövlükdə təhlükəsizlik mühiti xarici təhdidlərlə uzlaşdırılmış şəkildə qiymətləndirilməlidir”.

Bir ünvanda qeydiyyata alınmış onlarla MMC-nin arxasında kimlər durur – Vergi Xidməti bu müəmmanı açacaqmı?

Ötən il Bakıda tanışlarının adına müxtəlif ünvanlarda Məhdud Məsuliyyətli Cəmiyyətlər yaradan şəxs həbs edilməsi barədə məlumat yayılmışdı. Məlumatda qeyd edilirdi ki,sahibkar müxtəlif tanışlarının adına MMC-lər açmaqla pul qazansa da, vergi borcunu ödəməkdən boyun qaçırıb. Bir neçə gün əvvəl isə dövlət büdcəsinə 5 milyon manata yaxın vergi borcunu ödəməkdan yayınan şəxsə hökm oxunduğu barədə xəbərlər yayılıb.