banner
banner

İdman

"Qarabağ"da ciddi itki - "Sportinq"ə qarşı oynamayacaq

"Qarabağ"da ciddi itki - "Sportinq"ə qarşı oynamayacaq

Bolqarıstan millisinin düşərgəsində zədələnən "Qarabağ"ın futbolçusu Simoen Slavçevin son durumu müəyyənləşib.

Qol.az-ın Bolqarıstan mətbuatına istinadən yaydığı xəbərə görə, bu barədə 25 yaşlı yarımmüdafiəçi özü məlumat verib. O, iki həftə yaşıl meydanlardan uzaq qalacağını və bu səbəbdən Avroliqada "Sportinq"lə görüşü buraxacağını bildirib:

"Tibbi müayinədən keçdim. Bud əzələmdə ikinci dərəcəli gərginlik olduğu təsbit edildi.  Əgər əzələmdə yırtıq aşkarlansaydı, bu, daha da pis ola bilərdi. Kiçik zədə ilə qurtuldum. İki həftə oynaya bilməyəcəm. Ancaq çox əsəbiyəm, çünki "Sportinq"lə görüşdə komandama kömək edə bilməyəcəm".

Qeyd edək ki,  Slavçev Millətlər Liqasının ikinci turunun Norveçlə oyunu öncəsi isinmə hərəkətləri zamanı zədə alıb.

Xatırladaq ki, "Qarabağ" sentyabrın 20-də Avroliqanın qrup mərhələsində "Sportinq"in qonağı olacaq.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Dünya mediası "Qarabağ"dan yazır

Qarabağ" UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyununda "Bayer 04"ə son dəqiqələrdə buraxdığı qolla 2:3 hesabı ilə məğlub olub.

Futbolçular təyyarədə huşunu itirdi - FOTO

Qambiya milli futbol komandasının bir neçə futbolçusu və heyət üzvü Afrika Millətlər Kubokunda iştirak üçün Kot-d'İvuara uçarkən təyyarədə huşlarını itiriblər.