banner
banner

Sosİal

Prezident təqaüdçülərinin təhsil aldıqları ali məktəblər açıqlanıb

| Xəbər 2700 dəfə oxunub
Prezident təqaüdçülərinin təhsil aldıqları ali məktəblər açıqlanıb

2018/2019-cu tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Azərbaycan prezidentinin sərəncamına əsasən, tələbə qəbulu imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticələr göstərmiş və Prezident təqaüdünə layiq görülmüş tələbələrin ali məktəblər üzrə sayı məlum olub.

Oxu.Az-ın məlumatına görə, Azərbaycan Respublikası prezidentinin “Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün təsis edilməsi haqqında” 2001-ci il 3 sentyabr tarixli 564 nömrəli Fərmanına uyğun olaraq I ixtisas qrupu üzrə Prezident təqaüdünə layiq görülmüş 26 tələbə Bakı Ali Neft Məktəbinin (BANM) tələbəsi olub.

Bu göstərici BANM-ı ölkə universitetləri arasında Prezident təqaüdçülərinin sayına görə lider edib.

Prezident təqaüdçülərinin sayına görə ali məktəblərin statistikasını sizə təqdim edirik.
Xatırladaq ki, qəbul imtahanlarında I ixtisas qrupu üzrə 700 bal toplamış 13 nəfər abituriyent də BANM-ın tələbəsidir. Bir qrup üzrə bütün 700 ballı tələbələrin yalnız bir ali məktəbi – BANM-ı seçməsi də rekord göstəricidir.

8.PNG (20 KB)

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi