banner
banner

İqtİsadİyyat

Şamaxı və Göygölün kəndlərinə təbii qaz verilib

| Xəbər 1231 dəfə oxunub
Şamaxı və Göygölün kəndlərinə təbii qaz verilib

Şamaxı rayonunun Ovçulu və Bağırlı kəndlərinə təbii qaz verilib.

“Azəriqaz” İstehsalat Birliyindən Trend-ə verilən məlumata görə, 200 abonenti olan Ovçulu kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 11 106 metr müxtəlif diametrli metal borularla daşıyıcı, paylayıcı və məhəllədaxili qaz xətləri çəkilib, mənzillərə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

490 abonenti Bağırlı kəndinin qazlaşdırılması üçün isə birpilləli sistem əsasında ümumi uzunluğu 5 853 metr müxtəlif diametrli polietilen və ümumi uzunluğu 23 831 metr müxtəlif diametrli metal borularla daşıyıcı, paylayıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Hazırda Şamaxı rayonunun Osmanbəyli, Qonaqkənd və Hacıqədirli kəndlərində tikinti quraşdırma işləri davam etdirilir. Tezliklə tikintisi başa çatmış yaşayış məntəqələrinə də ardıcıllıqla təbii qazın verilişi təmin ediləcək.

 

Bu gün “Göygöl rayonunun Şəhriyar və Kərəmli kəndlərinə də təbii qaz verilib.

Bu məqsədlə keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Bildirilib ki, 342 abonenti olan Şəhriyar kəndi və100 abonenti Kərəmli kəndində qaz şəbəkəsinin qurulmasında “bir pilləli” tənzimləmə sistemi tətbiq edilib ki, bu da hər bir abonentin fərdi qaz tənzimləyicidən istifadə etməsinə və istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılmasına zəmin yaradır.

Hazırda Göygöl rayonunun Çaykənd kəndinin qaz təsərrüfatının yenidən qurulması ilə yanaşı Qızılca,Yeni Qızılca,Sərkar kəndlərində və Bəhrambağ qəsəbəsində tikinti quraşdırma işləri davam etdirilir. Tezliklə tikintisi başa çatmış yaşayış məntəqələrinə də ardıcıllıqla təbii qazın verilişi təmin ediləcək.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi