banner
banner

Sosİal

Lənkəranda Amerika ağ kəpənəyinə qarşı mübarizə tədbirləri aparılır

| Xəbər 597 dəfə oxunub
Lənkəranda Amerika ağ kəpənəyinə qarşı mübarizə tədbirləri aparılır

Sentyabrın 11-dən etibarən Lənkəran rayonu ərazisində karantin tətbiq edilən zərərli orqanizm olan Amerika ağ kəpənəyinin (Hyphantria cunea Drury, 1773) üçüncü nəslinə qarşı fitosanitar müşahidə və mübarizə tədbirləri həyata keçirilir.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidmətindən Trend-ə verilən məlumata görə, xidmətin Lənkəran Rayon Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri tərəfindən Lənkəran rayonu ərazisində 280 hektar sahədə müşahidə aparılıb və 40 hektar sahədə sirayətlənmə aşkar edilib.

 

Sentyabrın 12-dən isə Vilvan, Cil və Veravol kəndləri əhatə olunmaqla, ümumilikdə 16 hektar sahədə kimyəvi mübarizə tədbirlərinə başlanılıb. Büdcə vəsaiti hesabına həyata keçirilən mübarizə tədbirlərində Diflobezron tərkibli Xetenazon preparatından (100 qr/1 ha) istifadə olunub. Müşahidə və mübarizə tədbirlərinin sentyabr ayının ikinci ongünlüyünə qədər davam etdiriləcəyi proqnozlaşdırılır.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi