banner
banner

Şou

Çağlanı 8 illik həbs gözləyir

| Xəbər 721 dəfə oxunub
Çağlanı 8 illik həbs gözləyir

Tanınmış model və aparıcı Çağla Şikelin 8 il 9 ayadək həbsi istənilir.

Axşam.az Türkiyə mediasına istinadən xəbər verir ki, buna səbəb kimi modelin vergidən yayınması göstərilir. 

İstanbul Prokurorluğu tərəfindən "Əsas gəlirin gizlənilməsi və saxta qaimələrin hazırlanması" iddiası ilə Çağlaya 8 il 9 ayadək həbs tələb olunur.
Model isə mühasibinin onu aldatdığını bildirərək, ondan şikayət ərizəsi yazıb.
Qeyd edək ki, Şikel bir müddət əvvəl də 1 milyon lirəyədək (təxminən 500 min manat) vergi borcu ilə üzləşmiş, buna görə mühasibini günahlandıraraq ondan şikayət ərizəsi vermişdi. Modelin mühasibi Erdal D. hələ də axtarışdadır.

Məsələdə diqqət çəkən məqam sözügedən mühasibin aktyor Kıvanç Tatlıtuğun da mühasibat işlərinə baxması olub. O, bir müddət əvvəl aktyoru da aldadaraq, vergidən yayınıb.

 

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi