banner
banner

Mədənİyyət

Bişkekdə türkdilli xalqların filmləri nümayiş olunur

| Xəbər 513 dəfə oxunub
Bişkekdə türkdilli xalqların filmləri nümayiş olunur

TürkPA-nın Bişkekdə keçiriləcək komissiya iclasları çərçivəsində paytaxtın “Manas” kinoteatrında türkdilli xalqların film günlərinin açılışı olub.

Açılış mərasimində TürkPA-nın komissiya iclaslarında iştirak etmək üçün Bişkekə gələn Azərbaycan, Qazaxıstan və Türkiyənin TürkPA-da təmsil olunan deputatları, həmçinin Qırğızıstan parlamentinin bu qurumdakı üzvləri, ədəbiyyat, mədəniyyət və incəsənət xadimləri iştirak edib.

Sentyabrın 16-dək davam edəcək film günləri Qırğızıstanın “Gecə qəzası” filmi ilə açılıb.

Üç gün ərzində kinoteatrda Azərbaycandan “Qızıl baxça”, Qazaxıstandan “Oralman”, Türkiyədən isə “Ayla” və “Buğday” filmləri nümayiş ediləcək.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi