banner
banner

Mədənİyyət

“Eurovision-2019”un keçiriləcəyi şəhər müəyyən edilib

| Xəbər 568 dəfə oxunub
“Eurovision-2019”un keçiriləcəyi şəhər müəyyən edilib

“Eurovision-2019” mahnı müsabiqəsi mayın 14-dən 18-dək İsrailin Təl-Əviv şəhərində keçiriləcək.

AZƏRTAC müsabiqənin təşkilatçısının mətbuat xidmətinə istinadla xəbər verir ki, 64-cü “Eurovision” mahnı müsabiqəsi Təl-Əvivin yarmarkalar mərkəzində 14, 16 və 18 may tarixlərində təşkil ediləcək.

Təşkilatçıların məlumatında İsrailin “Kan” İctimai Yayım Korporasiyasından ən azı iki namizəd şəhərin təqdimatı barədə xahiş edildiyi bildirilir. Həmçinin Yerusəlim və Eylat şəhərləri nəzərdən keçirilib. Təl-Əviv bütün lazımi meyarlar üzrə kreativ və cəlbedici hesab olunub.

“Eurovision” mahnı müsabiqəsinin icraçı direktoru Yon Ola Sand deyib: “Bütün müraciətlər nümunəvi idi. Lakin biz belə qərara gəldik ki, Təl-Əviv dünyanın bu böyük musiqi hadisəsini daha yaxşı təşkil edə bilər”.

Xatırladaq ki, müğənni Netta Barzilay “Eurovision-2018”də qalib gəldikdən sonra İsrail mahnı müsabiqəsini keçirmək hüququna sahib olub



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi