banner
banner

Krİmİnal

Son 3 ayda icazəsiz ov edən 35 nəfər saxlanılıb

| Xəbər 2173 dəfə oxunub
Son 3 ayda icazəsiz ov edən 35 nəfər saxlanılıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən “Ovçuluq haqqında” və “Heyvanlar aləmi haqqında” Azərbaycan Respublikası Qanunlarının tələblərinə riayət olunması vəziyyətinin araşdırılması məqsədilə mütəmadi reydlər keçirilir.

Nazirlikdən Trend-ə verilən məlumata görə, 2018-ci ilin son üç ayı ərzində keçirilən reydlər zamanı respublika ərazisində icazəsiz ov edən 35 nəfər saxlanılıb. Onlardan 29 ov tüfəngi, patron və müxtəlif ov alətləri götürülüb.

 

Təqsirkarlara qarşı protokollar tərtib edilərək ümumilikdə 40 441 manat məbləğində cərimə tətbiq olunub.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi