banner
banner

Gündəm

Azərbaycanda kasetli silahların istehsalı və istifadəsi faktı qeydə alınmayıb - HESABAT

| Xəbər 2989 dəfə oxunub
Azərbaycanda kasetli silahların istehsalı və istifadəsi faktı qeydə alınmayıb

Azərbaycanda kasetli silahların istehsalı, ehtiyatının toplanması, ölkə ərazisindən daşınması və istifadəsi faktı qeydə alınmayıb.

Trend-in məlumatına görə, bu barədə “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin yaydığı hesabatda deyilir.

Hesabatda qeyd olunur ki, Azərbaycan ərazilərində kasetli silahlarla baglı problem Ermənistanın başladıgı müharibənin nəticəsidir: "Kecmiş Dağlıq Qarabağ Muxtar Vilayətində və onun ətrafındakı yeddi rayonda aktiv döyüş əməliyyatları gedib. Bundan başqa keçmiş poliqonlar, partladılmış sursat anbarları, ərazilərə səpələnmiş sursatlar bu gün Azərbaycan üçün ciddi problemlər yaradır. Beynəlxalq təcrübə, xüsusən də Balkan yarımadasındakı təcrübə göstərir ki, belə ərazilərin təqribən 4-6%-i mina və partlamamış hərbi sursatlarla çirklənmiş hesab olunur".

 

Hesabatda bildirilir ki, 2016-cı ilin Aprel döyüşlərindən sonra iki ərazidə partlamamış M095 DPICM və 9M55K tipli kasetli silaha rast gəlinib.
MƏAK İB kasetli silahlar və mina qurbanlaraına hərtərəfli yardımların göstərilməsi, kasetli silahların və minaların təmizlənməsi əməliyyatlarının sürətləndirilməsi və əhali arasında bu silahların yaratdığı təhlükəyə qarşı maarifləndirmə işlərinin güçləndirilməsini vacib hesab edir və bu tipli kampaniyalarda aktiv iştirak edir.

Qeyd edilir ki, Azərbaycanın kasetli silahların qadağan olunmasına dair Konvensiyaya ərazisinin bir hissəsi başqa ölkənin silahlı qüvvələri tərəfindən işğal olunduğu üçün qoşula bilmir. Digər tərəfdən bu gün qonşu dövlətlərdən hec biri, o cümlədən də Ermənistan bu konvensiyaya qoşulmayıb. Konvensiyaya qoşulan dövlətlər kasetli silahların istehsalı, daşınması, yayılması və tətbiq edilməsinin qadağan olunması üzrə öhdəliklər götürür. Azərbaycan bu Konvensiyanın müddəalarını qəbul edir. Azərbaycan konvensiyanın tələblərinin həyata keçirilməsi istiqamətində mühüm addımlar atır. Milli potensial yaradılıb, bir neçə regionda minatəmizləmə əməliyyatları aparılır.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi