banner
banner

Gündəm

DYP: Aşura mərasiminin keçirildiyi küçə və prospektlərdə avtomobili harada gəldi saxlamayın

| Xəbər 4308 dəfə oxunub
DYP: Aşura mərasiminin keçirildiyi küçə və prospektlərdə avtomobili harada gəldi saxlamayın

Sabah ölkədə Aşura günü ilə bağlı keçiriləcək dini mərasimlərlə əlaqədər Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) müraciət yayıb.

Trend-in məlumatına görə, müraciətdə qeyd edilir ki, sentyabrın 20-də baş tutacaq Aşura günü ilə bağlı keçiriləcək dini mərasimlərlə əlaqədər olaraq məscidlərin və ziyarətgahların ətrafında sıxlıq yaranmaması üçün mərasim yerinə gələnlərin bəzi qaydalara əməl etmələri tövsiyə olunur:

“İlk növbədə məscidlərin və mərasim keçiriləcək digər yerlərin yaxınlığında avtomobili yolu hərəkət hissəsində, ikinci və üçüncü cərgədə saxlamaq digər sürücülərin hərəkətinə maneə yaratmaqdır.

 

Bununla da onlar öz rahatlığı naminə başqalarını narahat etmiş olurlar. Sürücülərin diqqətinə çatdırırıq ki, mərasim yerlərinin yerləşdiyi küçə və prospektlərdə digər nəqliyyat vasitələrinin rahat hərəkəti üçün avtomobili harada gəldi saxlamasınlar.

Hökm deyil ki, məscidə gələn şəxs maşını mütləq məscidin qarşısında saxlamalıdır. Bir qədər kənarda, başqa küçədə park yerində də saxlamaq olar. Yol hərəkəti qaydalarına riayət etməklə mərasimi başa çatdırmaq daha yaxşı olardı".

BDYPİ ümumiyyətlə, mərasimə qatılmaq istəyənlərə ictimai nəqliyyatdan istifadə etməyi tövsiyə edir.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi