banner
banner

Krİmİnal

Salyanda icazəsiz ov edən əcnəbilər saxlanılıb

| Xəbər 2964 dəfə oxunub
Salyanda icazəsiz ov edən əcnəbilər saxlanılıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Salyan rayonunun Kalmas adlanan ərazisində icazəsiz ova cəhd edən 2 nəfər saxlanılıb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, araşdırma zamanı ova cəhd edənlərin Bəhreyn Krallığının və Pakistan İslam Respublikasının vətəndaşları Mohammed Ali Al-Marri və Faesal Shah olduğu məlum olub. Onlardan quş ovlamaq üçün ləvazimatlar götürülüb.

 

Təqsirkarların hər biri inzibati qaydada 2.000 manat məbləğində cərimə olunub.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi