banner
banner

Sİyasət

Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının vitse-prezidenti Ramin Qurbanov Avropa dövlətlərini uğurla təmsil edir

| Xəbər 3703 dəfə oxunub
Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının vitse-prezidenti Ramin Qurbanov Avropa dövlətlərini uğurla təmsil edir

Əldə etdiyimiz məlumata görə, Meksikanın Ali Məhkəməsi və Federal Ədliyyə Şurasının sədri cənab Luis Maria Aquilar Moralesin dəvəti əsasında Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) vitse-prezidenti Ramin Qurbanov “Müasir demokratiyalarda hakim və qanunun aliliyi” adlı beynəlxalq seminarda iştirak etmək üçün 10-12 sentyabr 2018-ci il tarixlərində Meksikada rəsmi səfərdə olub.

Bu beynəlxalq tədbir təcrübə mübadiləsinin aparılması və hakimlərin vətəndaş cəmiyyəti ilə dialoqunun qurulması məqsədilə Meksika hakimiyyəti tərəfindən təşkil edilib. Seminarda Meksikadan 300-dən çox federal hakim, magistrat, hüquqşünas, hökumət rəsmisi, beynəlxalq təşkilatların və hüquq cəmiyyətinin nümayəndələri iştirak edib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi