banner
banner

Sİyasət

Avropa İttifaqı: Azərbaycan hökuməti xidmətlərin "bir pəncərə" prinsipi ilə həyata keçirilməsi üçün bütün səylərini nümayiş etdirir

Avropa İttifaqı: Azərbaycan hökuməti xidmətlərin "bir pəncərə" prinsipi ilə həyata keçirilməsi üçün bütün səylərini nümayiş etdirir

Azərbaycan hökuməti dövlət orqanları tərəfindən təqdim olunan xidmətlərin "bir pəncərə" prinsipi ilə həyata keçirilməsi üçün bütün səylərini nümayiş etdirir.

Trend -in məlumatına görə, bunu Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin təmsilçisi Aleksandra Nerisanu deyib.

Onun sözlərinə görə, görülən işlər vətəndaşların dövlət orqanlarına müraciət etmək imkanlarının asanlaşdırılmasına, korrupsiya ilə mübarizənin təmin edilməsinə, sənədləşdirmə işlərində şəffaflığın təmin edilməsinə yönəlib.

A.Nerisanu hesab edir ki, bu sahədə təlimlərin keçirilməsi, ölkələrin bir-biriləri ilə qarşılıqlı mübadiləsinin həyata keçirilməsi "bir pəncərə" modeli şəklində tətbiq olunan xidmətlərin sayının artmasına xidmət edir.

Aİ təmsilçisi bildirib ki, lisenziyaların verilməsinin sadələşdirilməsi ölkənin iqtisadi inkişafı üçün olduqca vacibdir: "Son illər ərzində Azərbaycanda iqtisadi və biznes mühiti ilə bağlı araşdırmalar aparılıb və qənaətə gəlinib ki, ölkədə biznes sahəsi üzrə xidmətlərin "ASAN xidmət" tərəfindən həyata keçirilməsi işləri davam etdirilir. Bu tədbirlər hökumət tərəfindən yüksək səviyyədə dəstəklənir. ASAN xidmət sistemi ölkənin iqtisadi inkişafı üçün çox vacib komponentdir".

A.Nerisanu müvafiq platformanın Azərbaycanda qurumların fəaliyyətinin təkmilləşdirilməsinə töhfə verəcəyinə ümid etdiyini bildirib və qarşılıqlı təcrübə mübadiləsi nəticəsində bəzi xidmətlərin təşkil edilməsində “bir pəncərə” prinsipinin elementlərindən istifadə etməklə vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksələ biləcəyini vurğulayıb.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

İlham Əliyev Moskvaya gedir

Aprelin 22-də Moskvada Rusiya Prezidenti Vladimir Putinlə Rusiyaya işgüzar səfərə gələcək Azərbaycan Prezidenti Əliyev arasında danışıqlar keçiriləcək.

Hər şeyi planlı şəkildə edirik ki... - İlham Əliyev

Qarabağ və Şərqi Zəngəzur torpaqlarında ən müasir texnologiyaların tətbiqi nəticəsində həm taxılçılıq, həm meyvəçilik, bostançılıq, üzümçülük geniş vüsət alacaq. Hurriyyet.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev aprelin 16-da Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlqoyma mərasimindəki çıxışında bildirib. Həmin ərazilərin Azərbaycanın ən gözəl yerlərindən biri olduğunu vurğulayan dövlətimizin başçısı qeyd edib: “Kənd təsərrüfatı üçün yararlı torpaqların, su resurslarının - çayların, bulaqların, yaylaqların mövcudluğu həm heyvandarlıq, həm də bitkiçilik üzrə çox böyük imkanlar yaradır. Biz hər şeyi planlı şəkildə edirik ki, hər qarış torpaqdan maksimum məhsuldarlıq, maksimum səmərə götürək və bunu edəcəyik”.