banner
banner

Sİyasət

Jan-Fransua Mansel: Fransa-Azərbaycan əlaqələrinin inkişafında parlamentlərarası münasibətlər xüsusi rol oynayır

| Xəbər 3654 dəfə oxunub
Jan-Fransua Mansel: Fransa-Azərbaycan əlaqələrinin inkişafında parlamentlərarası münasibətlər xüsusi rol oynayır

Fransa-Azərbaycan əlaqələrinin inkişafında parlamentlərarası münasibətlər xüsusi rol oynayır.

Bu sözləri Fransa-Azərbaycan Dostları Assosiasiyasının prezidenti Jan-Fransua Mansel Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçirilən təntənəli iclasda deyib.

J.Mansel bildirib ki, yüz il əvvəl Azərbaycan Xalq Cümhuriyyəti dövründə parlamentin yaradılması mühüm addım idi: "Müsəlman aləmində ilk demokratik dövlət yaratmaqla Azərbaycan həm də müxtəlif dinlərin, xalqların nümayəndələrinin bir yerdə yaşamalarının nə qədər önəmli olduğunu nümayiş etdirdi".

O vurğulayıb ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə parlament 300-dən çox sənədi, o cümlədən qadınlara səsvermə hüququ verilməsinə dair qərarı təsdiq edib. Bu, bütün dünyaya bir nümunə olub.

Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə toxunan Jan-Fransua Mansel bu dövrdə parlamentin ilk sədri Əlimərdan bəy Topçubaşovun misilsiz xidmətlərindən söhbət açıb.

O, Fransa-Azərbaycan əlaqələrinin inkişafında parlamentlərarası münasibətlərin xüsusi rol oynadığını vurğulayıb.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi