banner
banner

Sİyasət

Oqtay Əsədov: “Milli Məclisin peşəkarlıq səviyyəsi yüksəlib”

| Xəbər 946 dəfə oxunub
Oqtay Əsədov: “Milli Məclisin peşəkarlıq səviyyəsi yüksəlib”

“1991-ci ildə Sovet imperiyasının dağılması nəticəsində Azərbaycan yenidən öz istiqlalına qovuşdu. Müstəqilliyin ilk illərində baş verən hadisələr 1918-1920-ci illərdə cərəyan edən hadisələrin təxminən eyni idi, erməni təcavüzü, xarici dövlətlərin Azərbaycana qarşı təxribatları oxşar xarakter daşıyırdı. Azərbaycan çox mürəkkəb problemlərlə qarşılaşaraq çıxılmaz vəziyyətə düşmüşdü.

Lakin bu dəfə xalqımızın xoşbəxtliyi onda oldu ki, dövlətçiliyinin müqəddəratının həll edildiyi 1993-cü ilin iyun günlərində ulu öndər Heydər Əliyev yenidən hakimiyyətə gələrək Azərbaycanın parçalanıb dağılmasının qarşısını aldı və onu dəhşətli fəlakətlərdən xilas etdi”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov bildirib.

O vurğulayıb ki, Heydər Əliyevin zəngin siyasi təcrübəsi, misilsiz idarəçilik məharəti və əzmkarlığı sayəsində müstəqil dövlətçiliyin məhvinə səbəb ola biləcək problemlər uğurla həll edilib: “Heydər Əliyevin böyük siyasətə qayıdışı onun Azərbaycan Ali Sovetinin sədri seçilməsi ilə başlayıb. Heydər Əliyevin Ali Sovetə rəhbərlik etdiyi dörd ay ölkəmizdə parlament mədəniyyətinin inkişafında mühüm rol oynayıb, müasir peşəkar parlamentin formalaşması istiqamətlərini müəyyən etməyə kömək göstərib. Ulu öndərin rəhbərlik etdiyi komissiya tərəfindən hazırlanmış və 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul olunan müstəqil Azərbaycanın ilk Konstitusiyası hüquqi, demokratik, dünyəvi dövlət quruculuğunun əsaslarını müəyyən etdi, yeni siyasi və hüquqi sistemin yaradılmasına yol açdı. Real hakimiyyət bölgüsü təmin olundu, dövlət hakimiyyəti sistemində Milli Məclisin yeri və rolu dəqiq təyin edildi. Parlamentin formalaşdırılmasının müasir standartlara uyğun gələn mexanizmi yaradıldı”.

O.Əsədov qeyd edib ki, demokratiya şəraitində Milli Məclisə indiyədək beş dəfə keçirilmiş azad, ədalətli və şəffaf seçkilər Azərbaycanın demokratik inkişafında mühüm rol oynayıb: “Artıq 23 ilə yaxındır ki, Milli Məclis qanunvericilik hakimiyyəti səlahiyyətlərini uğurla həyata keçirir. Parlament ölkədə aparılan hüquqi, demokratik, dünyəvi dövlət quruculuğunun, demokratikləşdirmə prosesinin, bazar iqtisadiyyatı prinsiplərinin tətbiqinin möhkəm hüquqi bazasını yaratmış və təkmilləşdirib. 1995-ci ildən indiyədək Milli Məclis dövlət və cəmiyyət həyatının müxtəlif sahələrini nizama salan 5750-yə qədər qanun və qərar qəbul edib”.

Spikerin sözlərinə görə, ötən illər ərzində Azərbaycanda parlamentarizm ənənələri daha da inkişaf etmiş və zənginləşib, Milli Məclisin peşəkarlıq səviyyəsi yüksəlib.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi