banner
banner

İqtİsadİyyat

OPEC+ Əlcəzairdə neft kvotasının artımını müzakirə edəcək

| Xəbər 1875 dəfə oxunub
OPEC+ Əlcəzairdə neft kvotasının artımını müzakirə edəcək

OPEC+ nazirləri bu gün Əlcəzairə səfər edəcəklər.

"Report" TASS-a istinadən xəbər verir ki, nazirlər sentyabrın 23-də OPEC+ nazirlərinin Birgə Monitorinq Komitəsinin X iclası ərəfəsində keçiriləcək ilkin tədbirlərdə iştirak edəcəklər.

Monitorinq Komitəsinin sabaha planlaşdırılan iclasında hasilatın gələcək artımı və neftin qiymətlərinin məqbul səviyyədə saxlamaq müzakirə olunacaq.

İştirakçıların bu gün 23 sentyabr iclasından əvvəl bir sıra görüşlər keçirəcəyi gözlənilir. Bundan əlavə, sazişin iştirakçı ölkələrinin ekspertlərindən ibarət Texniki Komitə OPEC+ sövdələşməsinin icrasının gedişi barədə hesabatı nəzərdən keçirəcək.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi