banner
banner

İqtİsadİyyat

Energetika naziri OPEC-in Baş katibi və Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri ilə görüşüb (FOTO)

| Xəbər 2862 dəfə oxunub
Energetika naziri OPEC-in Baş katibi və Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri ilə görüşüb (FOTO)

Azərbaycanın energetika naziri Pərviz Şahbazov Əlcəzairdə OPEC+ Nazirlərinin Birgə Monitorinq Komitəsinin X iclası çərçivəsində Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Məhəmməd Sanusi Barkindo və Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz Al Falih ilə görüşüb.

Trend-in məlumatına görə, OPEC-in Baş katibi Məhəmməd Sanusi Barkindo ilə görüşdə qlobal neft bazarının hazırki vəziyyəti və OPEC+ formatının institutlaşdırılması məsələləri müzakirə edilib. OPEC Katibliyi ilə Energetika Nazirliyi arasında sıx əməkdaşlıq əlaqələri yüksək qiymətləndirilib. Görüşdə həmçinin OPEC+ Nazirlərinin Birgə Monitorinq Komitəsinin 2019-cu ildə Bakıda keçirilməsi nəzərdə tutulan toplantısı barədə fikir müadiləsi aparılıb. Qeyd edək ki, görüşdə Venesuelanın neft naziri Manuel Salvadore Quevedo Fernandez də iştirak edib. Baş katib 2019-cu ildə OPEC-ə Venesuelanın sədrlik edəcəyi barədə məlumat verib.

 

Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz Al Falih ilə baş tutan görüşdə isə OPEC+ əməkdaşlığının nəticələri, neftin qiyməti və neft bazarının inkişafına dair gözləntilər nəzərdən keçirilib. Bildirilib ki, neftə qlobal tələbatın artması, eləcə də neftin qiymətinin 75-80 dollar civarında olması bazarda müşahidə edilən müsbət proseslərdir. Bu vəziyyət neft sektorunu investisiyalar üçün yenidən cəlbedici edir.

OPEC+ Nazirlərinin neft hasilatının sutkada 1 milyon barrel artırılması ilə bağlı iyunda qəbul etdikləri qərar bazarda artan tələbat və azalan təchizat prosesinin nizmalanması baxımından mühüm addım kimi qiymətləndirilib. Söhbət zamanı ötən dövr ərrzində öhdəliklərin icrasında əhəmiyyətli dəyişikliyin baş verdiyi, ilin sonuna kimi hasilatın artırılmasının nəzərdə tutulmadığı qeyd edilib. O da vurğulanıb ki, neft tədarükündə mövcud kəsirin könüllülük prinsipi əsasında ölkələrin hasilat imkanalarına uyğun aradan qaldırılması daha məqbul görünür. Bazarda hər hansı böhran situasiyası yaranacağı təqdirdə hasilatla bağlı yeni bir qərarın qəbuluna isə ancaq 2019-cu ildə baxıla bilər. Bildirilib ki, neftin qiymətinin həm istehsalçılar, həm də istehlakçılar üçün sərfəli həddə olması və sabitliyin təmin edilməsi üçün bazarın gələcəkdə də tənzimlənməsi vacibdir. Bu məqsədlə OPEC+ ölkələri yeni əməkdaşlıq mexanizmi üzərində iş aparır.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi