banner
banner

İdman

Azərbaycan Cüdo Federasiyasının Sumqayıt Təlim-Məşq Bazasının açılışı olub

| Xəbər 3350 dəfə oxunub
Azərbaycan Cüdo Federasiyasının Sumqayıt Təlim-Məşq Bazasının açılışı olub

Bu gün Azərbaycan Cüdo Federasiyasının (ACF) Sumqayıt Təlim-Məşq Bazasının açılış mərasimi keçirilib.

Federasiyadan Trend-ə verilən məlumata görə, tədbirdə Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer, ACF-nin prezidenti Rövnəq Abdullayev, gənclər və idman naziri Azad Rəhimov, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, "Azərikimya" İB-nin sədri İmran Arzumanzadə, idman ictimaiyyətinin nümayəndələri və digər şəxslər iştirak ediblər.

Cüdo Mərkəzinin birinci mərtəbəsində iki idman təlim məşq zalı, fitness zalı, iki məşqçi otağı, akt zalı, tibb otağı, iki soyunub-geyinmə otağı, təsərrüfat, sanitar qovşağı və duş otaqları, köməkçi otaqlar, ikinci mərtəbəsində böyük cüdo idman-məşq zalı və məşqçi otaqları, üçüncü mərtəbədə isə köməkçi otaqlar əsaslı təmir edilib. Həmçinin İdman Təlim Mərkəzində yeni istilik və havalandırma sistemləri və kondisionerlər quraşdırılıb, binanın ön fasadnda şüşəli vitraj, ümumi fasadda isə alkopan örtük piltələrindən üzləmə işləri aparılıb. Həyətyanı sahədə abadlıq işləri yerinə yetirilərək yeni beton bardurlar quraşdırılıb, meydança və səkilər tamet daşı ilə üzlənmiş, yeni işıq dirəkləri basdırılıb.

Qonaqlar tibb otağı, trenajor zalı, soyunub-geyinmə otaqları ilə tanışlıqdan sonra məşq zalına daxil olublar. Burada yeniyetmə cüdoçular məşq elementləri nümayiş etdiriblər.

 

Veteran cüdocu, paralimpiya üzrə Azərbaycan millisin sabiq baş məşqçisi Əhməddin Rəcəbli qonaqları salamlayaraq, M.Vizerlə şəxsi tanışlığının 1988-ci ilə təsadüf etdiyini xatırladıb. O, müasir tələblərə cavab verən bazanın istifadəyə verilməsinə görə ACF, "Azərikimya" və Sumqayıt şəhər İcra Hakimiyyətinin rəhbərliyinə minnətdarlığını bildirib.

M.Vizer çıxışında hazırda Bakıda davam edən dünya çempionatını yüksək səviyyədə təşkil etdiyi üçün Azərbaycana təbrik və təşəkkürünü çatdırıb. O, zalda gördüklərindən razılığını dilə gətirib: "Cüdo olimpiya idman növü olmaqdan başqa insanda xarakter, cəmiyyətə inteqrasiya tərənnüm edir. Yarışda çempion olmaq önəmlidir. Amma daha önəmlisi həyatda çempion olmaqdır. Bunun üçün cüdoda lazımi elementlər var. Bu mərkəz məndə çox yaxşı təəssürat oyatdı. Belə zal bəxş etdikərinə görə ACF və şəhər rəhbərliyinə təşəkkür edirəm. Cüdo ailəsi olaraq, sizin naliyyətlərinizlə qürur duyuram. Hamınıza idman karyeranızda və həyatda uğurlar arzulayıram".

Daha sonra rəsmi şəxslər cüdoçulara cüdoqilər hədiyyə ediblər.

Z.Fərəcəv M.Vizerə onun yağlı boya ilə çəkilmiş portretini və Sumqayıtın rəmzi sayılan göyərçin suvenirini hədiyyə edib. İcra başçısı Ə.Rəcəbliyə də xüsusi hədiyyə verib. Azərbaycanın əməkdar məşqçisi Əhməddin Rəcəbli və ikiqat Paralimpiya Oyunları çempionu, ikiqat dünya çempionu, yeddiqat Avropa çempionu, Azərbaycanın Əməkdar idman ustası İlham Zəkiyevin də iştirak etdiyi məşqçilər və idmançılarla görüşən qonaqlara məlumat verilib ki, Sumqayıt cüdoçuları bütün Beynəlxalq yarışlarda – dünya və Avropa çempionatlarında həmişə yüksək nəticələr göstərib və vətənə yüksək mükafatlarla qayıdıblar.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi