banner
banner

Mədənİyyət

Nəsimi festivalı çərçivəsində "Açılan divar" kreativ layihəsi təqdim olunub

Nəsimi festivalı çərçivəsində "Açılan divar" kreativ layihəsi təqdim olunub

Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı çərçivəsində sentyabrın 30-da Bakının Qala qəsəbəsində istifadəsiz qalan sənaye anbarında "Açılan divar" ictimai incəsənət layihəsi təqdim olunub.

Şərqin dahi şair və mütəfəkkirlərindən biri İmadəddin Nəsiminin (1369-1417) yaradıcılığına həsr olunan, şeir və sənətin yaşadılması məqsədi daşıyan festival Heydər Əliyev Fondunun təşkilatçılığı və Mədəniyyət Nazirliyinin dəstəyi ilə ilk dəfə olaraq Azərbaycan 27-30 sentyabr tarixlərində reallaşır.

Trend-in məlumatına görə, layihədə 10-a yaxın yerli və xarici rəssam iştirak edib və "Urban Street Art" (şəhər mühitində incəsənət) janrında binanın divarları üzərində əsərlər yaradıblar. Onların arasında Azərbaycan, Braziliya, Belçika, Cənubi Afrika, İspaniya, Niderland və Fransadan olan rəssamlar var.

Urban-art şəhər məkanına, həyatına və mədəniyyətinə aid incəsənət növüdür. Urban-art üslubunda şəhər peyzajlarına xüsusi məhəbbət bəsləyən bir çox müasir rəssam, dizayner və hətta rejissor işləyir. Şəhər insanı heç də ruhu ovsunlayan təbiət gözəlliyi, tarixi məkanlar və landşaftdan az cəzb etmir. Çox vaxt urban-art özündə strit-art və qrafit elementlərini əks etdirir, bununla da bizi şəhər arxitekturası və şəhər üslubunun tematikası ilə ilhamlandırır, bir çox vizual incəsənət formalarını ümumiləşdirir.

 

Bu dəfə kreativ incəsənət Nəsiminin maarifləndirmə, mənəvi birlik, humanizm və kamilliyə çağıran yaradıcılığı və fəlsəfəsinin təsiri altında həyata keçirilib. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tələbələri gələcəkdə bu eskizləri binanın divarlarında böyük miqyasda əks etdirəcəklər.

Festival şairin fəlsəfi baxışlarını əks etdirən "Simadan – asimana" və onun öz kəlamından götürülən "Zərrə mənəm, günəş mənəm…" şüarları ilə keçirilir. Genişmiqyaslı tədbirin proqramı müxtəlif sənət növləri və bilik sahələrini əhatə edir. Festival günlərində Bakı şəhərinin müxtəlif məkanlarında, eləcə də Nəsiminin doğma diyarı Şamaxıda proqramlar təşkil olunacaq.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər