banner
banner

Qadın

Payızda dərinizə belə qulluq edin

| Xəbər 1566 dəfə oxunub
Payızda dərinizə belə qulluq edin

Soyuq havaların düşməsi dəriyə bir qədər də qulluq tələb edir. İsti havaya nisbətən soyuq və şaxtanın dəriyə daha pis təsir etdiyinə görə, xüsusilə bu mövsümdə məsləhətlər yerinə düşür.

Axşam.az xarici mediaya istinadən payızda dəriyə qulluq haqda məlumat verir:
Payızda dəriyə kosmetik qulluğun başlıca məqsədi onun ağardılması və qışa hazırlığıdır. Bunun üçün xiyar, limon şirəsi, baş soğan və qırmızı qarağat tərkibli maskalardan istifadə etmək olar.

Payız vaxtı quru dəri üçün, xüsusilə təbiətin təsirindən sonra parafin-yağ maskalarının istifadəsi məsləhət görülür. Üzə və boyun nahiyəsinə zeytun və ya günəbaxan yağı çəkilir, maskalar həftədə iki dəfə bir kursu cəmi 8-10 prosedur olmaqla aparılır. Quru və solğun dəri üçün həmin maska yaxşı hazırlıq olacaq.

Payızda normal və yağlı dərinin təmizlənməsi üçün bəzi losyonlar hazırlayıb istifadə etmək olar. Hərəsindən 2 çay qaşığı qırmızı qızılgülün qurumuş ləçəkləri və solmazçiçəyinin çiçəkləri 100 qram 3 faizli sirkədə saxlanılır, ikiqat tənzifdən keçirilir. Həmin məhlulu uzun müddət saxlayıb tətbiq etmək mümkündür. Yağlı dəri üçün 100 ml distilə olunmuş suya 1 çay qaşığı məhlul və 5 qram şorbit, quru dəri üçün isə 1-2 çay qaşığı məhlul və 1-2 çay qaşığı qliserin tökülərək dəri həmin qarışıqla silinir.

Daha bir sadə və səmərəli üsul da var. Yuxudan oyanandan sonra üz kosmetik südə batırılmış pambıqla silinir, axşamdan dondurulmuş 2-3 giləmeyvənin qabığı çərtilərək şirəsi ilə üz və boyun nahiyəsi silinir. Hətta onu göz altına da çəkmək olar. 15-20 dəqiqə sonra maska soyuq su ilə yuyulur. Prosedur bitəndən sonra dəri atlas kimi hamar olur.

Yay fəslində dəri kobudlaşıb və qıcıqlanıbsa, onda onu sakitləşdirən tərəvəzli maskadan istifadə edilir. Məsələn, 1 ədəd orta ölçülü qabaq ətçəkən maşından keçirilir, şirəsi ayrılandan sonra onun büzücü və dezinfeksiyaedici təsirlərini artırmaq üçün şirəyə 1 yumurta sarısı əlavə edilir. Alınan kütlə qalın qatla təmizlənmiş üz və boyun nahiyəsinə çəkilir, sonra dəri sərin su ilə yuyulur və toniklə silinir.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi