banner
banner

Gündəm

“Ekspo 2025 Bakı” Əməliyyat katibliyi Gənclər Fondunda yüksək bal toplayan gənclərlə görüş keçirib

“Ekspo 2025 Bakı” Əməliyyat katibliyi Gənclər Fondunda yüksək bal toplayan gənclərlə görüş keçirib

“Ekspo 2025 Bakı” Əməliyyat katibliyi Təhsil Nazirliyi və Gənclər Fondunun təşkilati dəstəyi ilə qəbul imtahanlarında yüksək bal toplayan tələbələrlə görüş keçirib.

Trend-in məlumatına görə, qonaqları Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov salamlayaraq Fondun gənclər üçün yaratdığı geniş imkanlar barədə məlumat verib, yüksək bal toplayan gəncləri Fondla sıx əməkdaşlıq etməyə dəvət edib və diqqətə çatdırıb ki, Gənclər Fondunun 11-ci qrant müsabiqəsi çərçivəsində beynəlxalq layihələr üçün açıq olan B kateqoriyasının prioritet istiqamətlərindən biri məhz Bakının “Ekspo 2025” Ümumdünya Sərgisinə ev sahibliyinə namizəd şəhər olması ilə bağlı gənclər arasında təbliğat tədbirlərinin keçirilməsi mövzusu olub.

Tədbir zamanı Təhsil Nazirliyinin içtimaiyyətlə əlaqələr sektorunun şöbəsinin müdiri Cəsarət Valehov çıxış edərək, daha yaxşı gələcək üçün insan kapitalının inkişafına savadlı, təhsilli gənclərin birbaşa təsir göstərəcəyini diqqətə çatdırıb.

 

“Ekspo 2025 Bakı” Əməliyyat katibliyinin icraçı direktoru Pol Foster “Ekspo 2025 Bakı” layihəsinin əsas texniki parametrlərinə dair xüsusi təqdimatla çıxış edib. Təqdimatın sonunda qonaqlara “Ekspo 2025 Bakı” layihəsinin mövzusu - “İnsan kapitalını inkişaf etdirək, daha yaxşı gələcək quraq” - haqqında videoçarx nümayiş etdirilib.

Sonda bir neçə tələbə çıxış edərək Gənclər Fonduna və “Ekspo 2025 Bakı” Əməliyyat katibliyinə görüş üçün təşəkkür edib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

İran xarici hərbi qüvvələrin Xəzər ətrafına gəlməsinə qarşıdır

Cia.az xəbər verir ki, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Xəzər ətrafında üçüncü ölkələrin öz hərbi təsirini gücləndirməli olmamalarını bəyan edib. Onun sözlərinə görə, bu region ölkələrinin maraqlarına uyğun deyil. İran XİN-in verdiyi məlummata görə,

Talıbovlar yenidən meydan oxuyur: Naxçıvanda nə baş verir?

Bir neçə gün əvvəl Naxçıvan Ali Məclisində qəribə bir gərginlik yaşanıb. Muxtar respublikadakı mənbələrdən Azpolitika.info-ya daxil olan məlumata görə, Ali Məclisin sabiq rəhbəri Vasif Talıbovun böyük oğlu Rza Talıbov əvvəlcədən razılaşdırmadan Prezidentin xüsusi nümayəndəsi Fuad Nəcəfli ilə görüşmək istəyib. Rza Talıbovun avtomobilinin Ali Məclisin həyətinə, özünün isə binaya buraxılması çaşqınlıq yaradıb. Buna görə hətta mühafizə polisinin əməkdaşlarına töhmət verildiyi deyilir.

Kamran Əliyev tutduğu vəzifədən azad edildi

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini, Qeydiyyat-İmtahan və Texniki Baxış İdarəsinin rəisi polis polkovniki Kamran Əliyev təqaüdə göndərilib.

Parkinq sabotajı: Məmurların pul qazanmaq ehtirası, yoxsa...

Azərbaycan Dəmir Yolları ASC-nin sürücülərin rahatlığı üçün yaratdığı parkinq xidmətinin qiyməti şok effekti yaradıb. Onsuz da şəhərdə parkinq qiymətləri kifayət qədər yüksək idi və sürücülər buna etiraz edirdilər. Lakin ADY rəhbərliyinin parkinq xidməti üçün təyin etdiyi qiymət səbir kasasını doldurdu.

“Azərbaycanda varlıların işğal etdikləri torpaqlar var”: Komitə sədrindən AÇIQLAMA - FOTO

Azərbaycanın bəzi rayonlarında min hektarlarla əkinəyararlı torpaq sahələri, örüş yerləri hasarlanıb və illərdir toxunulmaz ərazilər kimi imkanlı şəxslərin, o cümlədən məmurların mülkiyyətində saxlanılır. Hətta dövlət başçısı da zamanında əkinəyararlı torpaqların imkanlı şəxslər tərəfindən zəbt edilməsinə diqqət çəkmişdi.

SON DƏQİQƏ! XİN məlumat yaydı

Maraqlıdır ki, Azərbaycan 30 ilə yaxın silahlı təcavüzün, işğalın və etnik təmizləmənin qurbanı olduğu halda və hətta BMT Təhlükəsizlik Şurasının Ermənistanın işğalçı qüvvələrinin dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsinə baxmayaraq, heç zaman Aİ və ABŞ-dən bu formada qeyd-şərtsiz dəstək almayıb.