banner
banner

Maraqlı

Yuxuda yıxılmaq hissinin yaranma səbəbi

Yuxuda yıxılmaq hissinin yaranma səbəbi

Tam yuxuya gedərkən hər birimiz yuxuda yıxılmaq hissi ilə ən azı bir dəfə qarşılaşmışıq.

Milli.Az BBC-ə istinadən bildirir ki, buna səbəb beyindəki iki bölgənin nəzarət uğrunda mübarizəsidir. Bunu yuxunun bir parçası  kimi qəbul edəndə sanki boşluğa düşürük. Əslində isə bu beynimiz ətrafı ilə əlaqəsini kəsərkən meydana çıxan mübarizənin nəticəsində baş verən hadisədir. Yuxuda vücudumuz iflic olmuş kimi olar və dünyadakı hadisələrə hissiyyatsız olarıq. Lakin əzələ quruluşumuz belə olmaz. Əzələ quruluşumuz düyməyə basılmış kimi dayanmaz.

Beynimizdə retükkulyar aktivləşmə sistemi adlı bölgə nəfəs alma kimi əsas funksiyaları nəzarətdə saxlayar. Digər tərəfdən isə ventrolaterial preoptik nüvə isə yorğunluğumuzu nizamlayar. Yuxuya gedərkən retükkulyar aktivləşmə sistemi nəzarəti ventrolaterial preoptik nüvəyə təslim edər. Məhz bu sistemlər arasında nəzarətin təhvil-təsliminin arasındakı mübarizə nəticəsində biz qəfil yıxılma və ya beynimizin içindəki hansısa "partlamalarla" üzləşə bilərik. Bundan ötrü narahat olmağa dəyməz. Sadəcə fizioloji və bioloji hərəkət deyərək yan ötə biləcəyimiz bir hadisədir.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

İlinizin uğurlu və xoşbəxt keçməsi üçün 1 yanvarda nə etməlisiniz?

Yeni ili bir çoxları yeni, daha xoşbəxt və uğurlu həyatın başlanğıc nöqtəsi hesab edir. Ancaq həyatınızı yaxşılığa doğru tez və asanlıqla dəyişdirmək üçün müəyyən ritualları yerinə yetirməlisiniz. Dərhal rezervasiya edək - bu sehrli deyil, bu rituallar sizi uyğun əhval-ruhiyyəyə salmaq və sizi fəaliyyətə həvəsləndirmək üçün nəzərdə tutulub.

Kosmosdan qəribə siqnallar AŞKAR EDİLDİ

Kosmosun ən uzaq nöqtələrindən yayılan sirli sürətli radio partlayışları (FRB) alimlər üçün intriqa obyekti olmaqda davam edir. Yeni kəşf edilmiş siqnal hətta təcrübəli tədqiqatçıları da çaşdırıb və onları açmaq üçün yeni sirlər buraxıb.

2023-cü ilin ən maraqlı vəhşi təbiət FOTOLARI

2023-cü ilin ən maraqlı vəhşi təbiət fotoları yayımlanıb. Musavat.com xəbər verir ki, bu barədə “Naked-Science” məlumat yayıb. Belə ki, “Nature's Best Photography” (NBP) nüfuzlu beynəlxalq mükafatının münsiflər heyəti 2023-cü ilin nəticələrinə yekun vurub. Siyahıya 11 fotoşəkil daxildir:

2024-cü illə bağlı proqnoz: Ciddi dəyişikliklər... - FOTO

Yeni il artıq yaxınlaşır. Bütün astroloqların proqnozlarına görə, ulduzlar bizə 2024-cü ilin qeyri-müəyyən olacağını vəd edir. Birincisi, sıçrayış ilidir. İkincisi, ilin bütün rəqəmlərini toplasanız, 8-i alırsınız. Hər rəqəmin öz mənası var: doqquz bir dövrün sonunu göstərirsə, səkkiz sınaq və gərginliyi ifadə edir.