banner
banner

Qadın

Saçların uzanmasını sürətləndirən təbii maskalar

| Xəbər 3085 dəfə oxunub
Saçların uzanmasını sürətləndirən təbii maskalar

Gözəl, uzun, baxımlı saçlar hər qadının arzusudur.

Dügün olmayan baxım və qidalanma, pis ekologiya, streslər saçların xarici görünüşünə çox mənfi təsir edir, onların uzanmasını ləngidir.

Saglamolun.az Rusiya KİV-lərinə istinadla saçların vəziyyətini yaxşılaşdıran və onların uzanmasını sürətləndirən ən tanınmış və effektli maskaların reseptlərini təqdim edir.

Xardal maskası

2 x.q. bitki yağı, 1 yumurtanın sarısı, 1 x.q. xardal, 2 x.q. isti su qarışdırılır. Qarışımı baş dərisinə çəkin, sellofan, sonra dasmalla bağlayın, 1 saat saxlayın. Bu maskanı 1 ay ərzində həftədə 1 dəfə edin.   

Yağ maskası

1 x.q. zeytun, 1 x.q. ayıpəncəsi və 1 x.q. gənəgərçək yağını qarışdırın, su hamamında bir az qızdırın, baş dərisinə çəkib sellofan və dəsmalla bağlayın. 1 saatdan sonra maskanı yaxşı yuyun.

Bu maskanı da 1 ay ərzində həftədə 1 dəfə olmaqla etmək lazımdır.

Soğan maskası

Bu maskanı tətildə olanda etmək daha yaxşıdır ki, soğanın iyi qalıcı olur.

1 kiçik soğanı sürtgəcdən keçirin, 1 x.q. gənəgərçək yağı, 1 ç.q. bal və 1 x.q. limon şirəsini əlavə edib yaxşı qarışdırın, baş dərisinə çəkin, sellofan və dəsmalla bağlayın, 1 saat saxlayın.  



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi