banner
banner

Sosİal

Bilik Fondu əsgərlərin təbrik məktublarını müəllimlərinə ünvanlayıb

Bilik Fondu əsgərlərin təbrik məktublarını müəllimlərinə ünvanlayıb

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu Qarabağ Regional Bilik Evinin təşkilatçılığı ilə Tərtər rayonu N saylı hərbi hissəsində 5 oktyabr - Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş tədbir keçirilib.

Fonddan Trend-ə verilən məlumata görə, Bilik Evinin rəhbəri Gülarə Ələkbərova və bir qrup gənc N saylı hərbi hissədə əsgərlərlə görüşüblər. Cəbhə bölgəsində qulluq edən əsgərlər məktəb illərini xatırlayıb, onlara dərs deyən müəllimləri yad edib, heç vaxt unudulmayan xatirələrini bölüşüblər.

G.Ələkbərova müəllimliyin ən müqqəddəs peşələrdən olduğunu bildirib, şagird və tələbələrin müəllimləri unutmadıqları kimi, müəllimlərin də onları daim xatırladıqlarını vurğulayıb.

Söhbət əsnasında G.Ələkbərovanın “5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə müəllimlərinizə təbrik məktubu ünvanlamaq istəyirsinizmi?” gözlənilməz sualı əsgərlər arasında çoşqu ilə qarşılanıb.

 

Ordumuzun sərhəd bölgəsində hərbi xidmət keçən 50 əsgəri öz müəllimlərinə səmimi ürək sözlərini yazaraq, məktubları Bilik Evinin müdirinə təqdim ediblər. Əsgər məktubları Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu vasitəsilə ünvanlarına – Bakı, Biləsuvar, Şəki, Sumqayıt, Astara, Qazax, Beyləqan, Qəbələ, Ağcabədi, İmişli, Salyan, Quba, Masallı, Mingəçevir, Şamaxı, Xaçmaz, Ağstafa, Füzuli və Cəbrayıl məktəblərində çalışan müəllimlərə çatdırılıb.

Müəllimlərin peşə bayramı münasibətilə daha bir tədbir Bilik Fondunun dəstəyi ilə Bakı Slavyan Universitetinin Məktəb Lisey Kompleksində keçirilib. Kompleksin direktoru İlahə Carçıyeva müəllimləri bayram münasibəti ilə təbrik edərək Bilik Fonduna maarifləndirici tədbirlərin təşkilində göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib.

Aparıcı məsləhətçisi Ramilə Qurbanlı Bilik Fondu adından müəllimləri təbrik etdikdən sonra Fondun Lektorlar qrupunun üzvü, Bakı Dövlət Universitetinin dosenti Sevinc Əliyevanın “Gənc nəslin tərbiyəsində və tədrisin keyfiyyətinin yüksəlməsində müəllimin rolu” mövzusunda mühazirəsi dinlənib.

Sonda ilin ən fəal müəllimləri Bilik Fondunun “Təşəkkürnamə”ləri ilə təltif ediliblər.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Ev alanlara ŞAD XƏBƏR: Çıxarış veriləcək - DETALLAR

Azərbaycanda yaxın vaxtlarda Mənzil-Tikinti Kooperativlərindən (MTK) mənzili yalnız elektron platforma vasitəsilə almaq mümkün olacaq. Bir müddət əvvəl bununla bağlı açıqlama verən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (DƏDKR) publik hüquqi şəxsin İdarə Heyətinin sədri Nigar Alimova bildirib ki, mənzil alan şəxsin korporativə üzvlük mərhələsindən başlayaraq sonda ödənişlərini tam ödədikdən sonra ona ödənişə dair maliyyə sənədinin verilməsinə qədər bütün proseslər vahid elektron sistem üzərindən həyata keçiriləcək.

Bakıda liftdən meyit tapıldı

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Hava ilə bağlı əhaliyə XƏBƏRDARLIQ - Bu tarixədək...

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, ölkə ərazisində martın 27-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv yağış yağacağı, bəzi çaylardan qısamüddətli sel və daşqın keçəcəyi, bir sıra ərazilərdə güclü külək əsəcəyi proqnozlaşdırılır.

Bakıda hotel YANDI

Bakının Səbail rayonunda hoteldə baş verən yanğın söndürülüb.