Azərbaycanlı alim “Kabar” Milli İnformasiya Agentliyinə müsahibə verib
Qırğızıstanın Çolpon-Ata şəhərində “Çingiz Aytmatov və müasir dövrün çağırışları” Beynəlxalq İssık-Kul Forumu davam edir.
Forumda iştirak edən kulturoloq, Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru Fuad Məmmədov “Kabar” Milli İnformasiya Agentliyinin müxbirinə müsahibəsində deyib: “Bu gün dünyada gərginlik, ksenofobiya, anlaşılmazlıq, münaqişələr, müharibələr hökm sürür. Biz dünyanı xilas etməliyik, bunu isə yalnız mədəniyyət vasitəsi ilə etmək mümkündür. Mənim irəli sürdüyüm ideyaya görə biz ən yüksək mədəniyyətli insanlar yetişdirmək üçün səylərimizi birləşdirməliyik. Mən bunun kulturoloji yolla həyata keçirilməsi üçün mexanizmlər təklif edirəm. Bunun üçün xüsusi kulturoloji mərkəzlər yaradılmalıdır. Bu mərkəzlərdə seminarlar, treninqlər, usta dərsləri vasitəsilə ictimaiyyətlə dialoq qurulmalıdır”.
Mədəniyyət Nazirliyinin tabeliyinidə fəaliyyət göstərən “Əsaslı Tikinti və Təchizat” MMC “Azərmətbuatyayımı” ASC (VÖEN-1500515761) ilə satınalma müqaviləsi imzalayıb.
Əməkdar artist Aygün Bəylərin vəfatından sonra sosial şəbəkələrdə ona Xalq artisti fəxri adının verilməməsi müzakirələrə səbəb olub. Sosial şəbəkə istifadəçiləri bu məsələdə keçmiş nazir Əbülfəs Qarayevi günahlandırıblar.
Fransanın Paris şəhərində fəaliyyət göstərən Azərbaycan Evi ölkənin Evian-lö Bən şəhər bələdiyyə şurasının “Azərbaycan Bağı” ilə bağlı qərarı və parkda yerləşən Azərbaycan şairəsi Xurşidbanu Natəvanın abidəsi ətrafında yaranmış təhlükə ilə bağlı müraciətlə çıxış edib.