banner
banner

Sağlamlıq

Əsl zeytun yağı soyuducuda kərə yağı kimi bərkiyir. Möcüzəli yağın faydaları

Əsl zeytun yağı soyuducuda kərə yağı kimi bərkiyir.

Zeytunun əzilib sıxılması və qara su adlanan hissəsinin ayrılması nəticəsində yağ əmələ gəlir.

Zeytun yağı tamamilə fiziki üsullarla istehsal olunur və burada heç bir kimyəvi vasitədən istifadə edilmir.

AZƏRTAC bildirir ki, sızma üsulla əldə olunan, yəni rafinə edilməmiş zeytun yağının bir çox üstünlükləri var.

Yeməklərə və salatlara digər yağların çox tökülməsi orqanizmdə xolesterinin səviyyəsini yüksəldir. Bunun tərsi olaraq zeytun yağının istifadəsi yüksək xolesterini aşağı salır.

Başqa yağların çoxluğu mədədə qıcqırmaya səbəb olduğu halda zeytun yağı yüksək turşuluğu azaldır.

Zeytun yağını çox yedikcə öd və böyrəkdə olan daşlar tədricən əriyir.

Başqa yağlardan fərqli olaraq zeytun yağı heç vaxt piylənmə və kökəlməyə səbəb olmur.

Əsl zeytun yağı soyuducunun buzxanasında kərə yağı kimi bərkiyir.

Günəş şüaları altında bütün bədəni zeytun yağı ilə yağlayıb ən azı bir saat gözlədikdən sonra dəri yumşalır və elastikləşir.

Dırnaqlar tez-tez sındıqda, saç öz parlaqlığını və canlılığını itirdikdə, dəri isə elastiki olmayanda zeytun yağından çox istifadə etmək məsləhətdir. Bu zaman dəri parlaqlaşır və sellülit yaranmır.

Başqa yağları udanda boğazda az da olsa qıcıqlanma əmələ gəlir, zeytun yağı isə heç vaxt qıcıqlanmaya səbəb olmur.

Laktasiya zamanı süd vəzində əmələ gələn çatlaqların qarşısını almaq üçün zeytun yağı əvəzolunmazdır.

Bu yağ sümükləri bərkidir və əzələləri qıc olmaqdan qoruyur.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

21 gün şəkər yeməsək, nə olar?

Bu gün sağlam həyat tərzi trendləri arasında populyarlıq qazanan şəkərsiz qidalanma bir çox insanın izlədiyi üsula çevrilib. Bəs, bu cür qidalanma orqanizmə hansı faydaları verə bilər?

Oruc tutanlara bunları etmək olmaz - XƏBƏRDARLIQ

"Orucluq təkcə qida qəbulu deyil, nəfsə nəzarətdir. Bu, insanların davranışlarında özünü göstərməlidir. Çalışmaq lazımdır ki, bütünlükdə nəfsə, instinktə nəzarət həyata keçirilsin”.

Gecə oyanmaları təhlükəli xəstəliyin əlaməti ola bilər - İLK ƏLAMƏTLƏR

Bir şəxs şəkərli diabet olduqda, qan şəkərinin səviyyəsinin tənzimlənməsi pozulur. Bu, karbohidrat mübadiləsini tənzimləyən pankreas hormonu insulinlə bağlıdır. Birinci tip diabetdə immunitet sistemi insulin istehsal edən hüceyrələri təhlükə kimi qəbul edir və onları məhv edir. İkinci tip diabetdə bədənin hüceyrələri insulinə cavab vermir və ya sadəcə kifayət qədər insulin olmur.

İlkin mərhələdə infarktı necə bilmək olar?

Bir insanın ürəyinin bir hissəsinin qan tədarükünü itirdiyi və ölməyə başladığı zaman həyatı üçün təhlükəli bir vəziyyətdir. İnsana vaxtında müvafiq yardım göstərmək üçün infarktı mümkün qədər tez tanımaq vacibdir.

Arıqlamaq istəyənlərin NƏZƏRİNƏ: zəncəfili BELƏ istifadə edin

Zəncəfil istehlakı nəticəsində qanda şəkərin səviyyəsi normallaşır, “yaxşı” xolesterin isə əksinə artır. Bu parametrlər maddələr mübadiləsi ilə birbaşa əlaqəli olduğu üçün zəncəfil istehlak edən insanın orqanizmində daha az yağ yığılır və yağlar daha aktiv şəkildə parçalanır.

Gündə 8 saat yatmasanız: Bunlar olacaq

Rod-Aylend Universitetinin amerikalı psixoloqları insanların həyatının emosional sferası ilə bağlı daimi yuxu çatışmazlığının daha bir mənfi nəticəsini aşkar ediblər.