banner
banner

Sİyasət

10 ölkənin hüquqçuları Bakıda toplaşıb - terrora qarşı beynəlxalq konfrans

10 ölkənin hüquqçuları Bakıda toplaşıb - terrora qarşı beynəlxalq konfrans

Bu gün “Holiday İnn” otelində Qara dəniz və Xəzər dənizi Regionu Ölkələri Hüquqşünasları Assosiasiyası və Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunun birgə təşkilatçılığı ilə “Beynəlxalq terrorizm və müasir şəraitdə ona qarşı mübarizə” mövzusunda beynəlxalq konfrans keçirilir.

Beynəlxalq konfransa Azərbaycanın dövlət qurumlarının təmsilçiləri, respublikanın tanımış hüquqşünasları, eləcə də Rusiya, Türkiyə, İngiltərə, Bolqarıstan, Serbiya, İtaliya, Moldova, Ukrayna , Belarusdan nüfuzlu hüquqşünaslar qatılıb. Musavat.com xəbəri Qara dəniz və Xəzər dənizi Regionu Ölkələri Hüquqşünasları Assosiasiyasının Bakı ofisindən alıb. Yada salaq ki, quruma hüquq professoru İlham Rəhimov rəhbərlik edir.

Toplantıda çıxış edən AMEA-nın İnsan Haqları İnstitutunun direktoru Aytən Mustafayeva bildirib ki, 20-21-ci əsrlərdə terrorizm çox ciddi savaşa çevrilib və onunla mübarizə aparmaq son dərəcə çətindir. Çünki terrorizm heç bir qayda tanımır. Bildirmək istəyirəm ki, artıq 30 ilə yaxındır Azərbaycan erməni terrorizmi ilə mübairzə aparmaq məcburiyyətindədir. Mən bu sözləri yalnız azərbaycanlı olaraq söyləmirəm. Dünya terrorunun bir qolu olan erməni terroru zaman-zaman Avropanın, ABŞ-ın, Rusiyanın təhlükəsizliyin üçün ciddi problemlər yaradıb və yaratmaqdadır. Mən erməni terrorizmin vüsət aldığı illərdə ictimai nəqliyyatda, xüsusən metrolarda baş verən terror aktlarını xüsusilə yada salaq istəyirəm. Erməni terrorçularının hazırladıqları təxribatlarda dünyanın müxtəlif ölkələrində yüzlərlə dinc insan terrorun qurbanı olub. Azərbaycanın üzləşdiyi erməni terroru isə artıq savaş formasına keçib, açıq terror xarakteri alıb. Son illərdə Azərbaycan qanunvericiliyi terrorizmlə mübarizəyə birbaşa və dolayısı ilə aid olan qanunvericilik aktları, hüquq normaları ilə təkmilləşib. Azərbaycanın Rabiyə və Yüksək Texnologiyalar Nazirliyində internet resurslarında beynəlxalq terrorizmlə, xüsusən hiberhücumlarla mübarizə agentliyi yaradılıb. Mən günümüzdə çox geniş şəbəkəyə çevrilən hiberhücumlar üzərində xüsusi dayanmaq istəyirəm. Beynəlxaq praktika da göstərir ki, bu beynəlxalq şəbəkə internet ünvanlar vasitəsilə insanları da prosesə cəlb edirlər. Vətəndaşlar aldıqları SMS-lər vasitəsilə bilməyərəkdən öz bank hesablarını, digər şəxsi bilgilərini terror şəbəkəsi üçün açırlar. Bu yollar hibergücumçuların əlində nəhəng kapital formalaşır və beynəlxalq bank sistemində həmin pulların hərəkətinə nəzarət faktiki mümkünsüz olur. Bu isə o deməkdir ki, dünyanın heç bir ölkəsi bu şəbəkənin hücumundan sığortalanmayıb. Düşünürəm ki, dünya hüquq elminin aparıcı mütəxəssisləri, eyni zamanda insan haqları üzrə ixtisaslaşmış alimlər ortaq müzakirələrlə terrorizm, xüsusən onun yeni formaları ilə mübarizənin yeni yollarını tapmalıdırlar".

 Rusiya təmsilçisi professor Yuri Qolik çıxışında terrorizmin məqsədləri haqqında danışıb:"Əslində terrorizmin şifrəsi illər öncə çözülüb - terror qurumları əsasən dinc kütlələri hədəf seçərək hökumətləri özlərindən asılı vəziyyətə salmağa çalışırlar. İstənilən terrorçu terroru düşünülmüş, məqsədli şəkildə törədir. Terrorun bütün fəlsəfəsi də bundadır. Son illər avtomobillərin insan kütlələrinin üzərinə sürülməsi terrorçuların yeni metaodlarından sayıla bilər. Xüsusi qəddarlığı ilə seçilən bu cür aksiyalarda həlak olanların sayı ildən ilə artır. Bu cür insanlıqdan kənar hərəkəti törədənlər düşünür ki, onlarla insanı öldürəcəklər və dünya onlar haqqında danışacaq. Aydındır ki, terror təşkilatlarına qoşulanlar mənəvi keyfiyyətlərini tamamilə itiriblər. Psixoloqlar bu şəxləri insanlıq istisnası adlandırır. Onların sabah harada peyda olacağını müəyyən etmək çətindir və terrorla beynəlxalq mübarizə qurumları bu şəbəkəni ifşa etmək, onların əməllərinin qarşısını almaq üçün durmadan yeni metordlar tətbiq etməlidirlər. Çünki terror sürətlə yeni formalarda təzühür edir. Avropa Birtliyi dövlətlərindəki durumun analizi göstərir ki, ərəb dünyasındakı təlatümlərdən sonra bu Orta Doğudan olan köçkünlərin sürətlə Avropaya yerləşməsi ərəb terroru kimi təsbir edilən yeni tendensiyanı yaradıb. Daha çox qisasçılıq məqsədi daşıyan ərəb terrorunun qurbanları da durmandan artmaqdadır və Avropanın təhlükəsizliyi faktiki təhdid altındadır. Dünyada terrorla ən ciddi mübarizə aparan ölkələrdən biri Koreya Xalq Demokratik Respublikasıdır. KXDR iddia edir ki, ölkənin sərhədlərini pozanlar arasında cəsuslar çoxdur və məhkəmə qərarları ilə onlar ən ağır cəzaya - ölüm hökmünə məhkum edilir. Dünya mediasını izlədikdə görürük ki, dünyanın terrorsuz bir günü də yoxdur. Xüsusən Orta Doğunun dini ekstremizmlə yüklənən ölkələrində təriqətlərarası savaşda terror aktlarından geniş istifadə olunur. Durum onu da göstərir ki, savaş bölgələrində yaradılan və daha sonra ölkələrin sərhədlərini aşan bu terrorla mübarizə çətinləşir. Problem həm də ondadır ki, bir sıra terror qurumları dövlət səviyyəsində dəstəklənir və onlarla mübarizə faktiki mümkünsüz olub. Əlbəttə terror qurumları ilə dövlətlərdən biri mübarizə aparır, digəri ona geniş imkan yaradırsa, bu halda ortaya müsbət nəticələr çıxarmaq son dərəcə çətindir".

Yunanıstan təmsilçisi İonis Raxiotisin çıxışında səsləndirdiyi "terrorin dəqiq tərifi müəyyən edilmədiyinə görə bir sıra beynəlxalq toplantılarda bu haqda danışmaq çətindir və bu, sonucda terrorizmlə mübarizəni çətindir" fikri toplantıda müzakirələrə səbəb olub.

İ.Raxiotis bildirib ki, terrorizmi müxtəlif cür yorumlamaq mümkündür: "Baxış bucağından asılı olaraq hətta ABŞ-ın İraqa hərbi müdaxiləsinə də qurbanlar dinc əhali olduğu üçün terror kimi baxmaq mümkündür. Terrorun dəqiq tərifi yoxdur. Biz qanunlar hazırlayırıq. Əgər bir hərəkətin konkret nə olduğu müəyyən edilməyibsə, onunla mübarizə də çox çətinləşir. Düşünürəm ki, biz terror aktını motiv kimi deyil, konkret hərəkət kimi təsbit etsək, hüququn onunla bağlı qərar verməsi daha asan olar. Bu səbəbdən beynəlxalq qanunuvericilik terror aktını konkret kriminal fakt kimi qəbul etməlidir. Təbii, biz indi burada bu qanunu yarada bilmərik, ancaq hansı yolla davam etməmizi müəyyən etmək üçün bu cür konfranslar son dərəcə ciddi önəm daşıyır."

***

Tədbir çərçivəsində Qara dəniz və Xəzər dənizi Regionu Ölkələri Hüquqşünasları Assosiasiyasının növbəti toplantısı da keçiriləcək. Toplantıda Assosiasiyanın 2017-ci ilin mayından 2018-ci ilin avqustunadək olan dövr üçün fəaliyyətinə dair məlumat veriləcək, yeni namizədlərin üzvlüyə qəbul olunması ilə bağlı təkliflərə baxılacaq. Qurum üzvləri təşkilatın 2018 - 2019-ci illər üçün Fəaliyyət Planı təsdiqləyəcək, gündəlikdə duran məsələləri müzakirə edəcəklər.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu, Bakıya olan hörmət və etimadı göstərir - Hacıyev

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyi öz üzərinə götürmək və COP29-a səmərəli ev sahibliyi etmək Azərbaycan üçün mühüm nailiyyət və xüsusi nəticədir. Bu, ölkəmizə həm çağırış, həm də fürsət təqdim edir.

Ərdoğan Putinə zəng edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı aparıb və "Krokus City Hall"da terror aktı və insanların ölümü ilə bağlı başsağlığı verib.