banner
banner

İqtİsadİyyat

Cərimələrin 50 faizi bu qurumun işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə sərf ediləcək

| Xəbər 896 dəfə oxunub
Cərimələrin 50 faizi bu qurumun işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə sərf ediləcək

"Baytarlıq haqqında" qanunun tələblərinin pozulmasına görə toplanan cərimələrin 50 faizi Qida Təhlükəsizliyi Agentliyinin işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə sərf ediləcək.

Trend-in məlumatına görə, bununla bağlı "Baytarlıq haqqında" qanuna əlavə edilir.

"Baytarlıq haqqında" qanuna əlavənin edilməsini nəzərdə tutan yeni qanun layihəsi Qida Təhlükəsizliyi Agentliyinin işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədilə hazırlanıb.

 

Layihə "Baytarlıq haqqında" qanunun tələblərinin pozulmasına görə İnzibati Xətalar Məcəlləsinə əsasən, Qida Təhlükəsizliyi Agentliyi tərəfindən tətbiq edilən cərimələrdən toplanan vəsaitin 50 faizinin agentliyin hesabına köçürülməsini nəzərdə tutur.

Yeni təklif edilən əlavəyə görə, "Baytarlıq haqqında" qanunun tələblərinin pozulmasına görə İnzibati Xətalar Məcəlləsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən tətbiq edilən cərimələrdən (o cümlədən onun tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilən inzibati xətalar haqqında işlər üzrə tətbiq edilən cərimələrdən) toplanan vəsaitin 50 faizi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanının işçilərinin sosial müdafiəsini gücləndirmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın hesabına köçürülür.

Bu vəsaitlərin bölgüsü və onlardan istifadə qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən müəyyən edilir.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi