banner
banner

Cəmİyyət

Arıçı: Bala haram qatılmasa, arı təbiətdən həmişə saf bal gətirər

| Xəbər 3772 dəfə oxunub
Arıçı: Bala haram qatılmasa, arı təbiətdən həmişə saf bal gətirər

1997-ci ildən arıçılıqla məşğul oluram. Astarada biz dədə-babadan qalma “qara arı” cinsini yetişdiririk. Bu, əslində boz Qafqaz arısı cinsidir. Qafqaz arısı cənub rayonunun iqlim şəraitinə uyğunlaşmış ən məhsuldar cinsdir.

Bunu Trend-ə Bakıda keçirilən 19-cu Arıçılıq məhsullarının sərgi-satış yarmarkasının iştirakçısı, “Uğur” kəndli fermer təsərrüfatının rəhbəri Uğur İbrahimov deyib.

 

Astara rayonunun Şuvi kəndindən gəlmiş arıçının təsərrüfatında 65 arı ailəsi var: “Hər mövsüm 65 arı ailəsindən 500-800 kiloqram bal götürürəm. Balı əsasən iyul və avqust aylarında süzürəm. Balımın tərkibində cökə, cır xurma, qızılgöz və subtropik bitkilərin nektarı daha çox üstünlük təşkil edir. Sərgiyə gələn arıçılar müxtəlif tərkibli bal gətiriblər. Saf balın həmişə müştərisi olub. Bundan əlavə, yarmarkaya çiçək tozu, propolis də gətirmişəm. Çiçək tozu insanın immunitetini gücləndirir və mədə-bağırsağın ən gözəl dərmanıdır. Bu çiçək tozundan ən çox idmançılar istifadə edirlər. Onlar üçün əlverişlidir, çünki bu çiçəklər insan enerjisini artırmağa müsbət təsir göstərir. Propolis mədədə olan yaranı sağaldır və bağırsaqdan şlakları təmizləyir. Əlbəttə, onların xüsusi hazırlanma qaydası var. Arıları da bəsləmək lazımdır. Mövsümdə, may ayında biz onları Lerik dağlarının yaylaqlarına çıxarırıq və ölkəmizin təbii bitki örtüyü biz arıçılara saf bal almaq üçün geniş imkanlar yaradır. Bir sözlə, əgər bala haram qatılmasa, arı təbiətdən daim saf bal gətirər”.

Uğur İbrahimov arıçılığın inkişafına verdiyi dəstəyə görə prezident İlham Əliyevə təşəkkürünü bildirib: “Mən fürsətdən istifadə edib, ölkə rəhbərliyinə biz arıçılara hər cür şərait yaratdığı üçün təşəkkürümü bildirirəm. Artıq hər arı ailəsinə görə 10 manat subsidiya ayrılıb. Biz arıçıların da izafi xərcləri olur. Məsələn, çərçivələr və arı yeşikləri sifariş veririk, müxtəlif dərmanlar alırıq. Bundan əlavə, nəqliyyat xərcləri çəkirik. Subsidiya bizim xərclərin bir hissəsini aradan qaldırmaq üçün çox yerində verilmiş bir dəstəkdir. Özüm Hərbi Akademiyanı bitirmişəm. Müdafiə Nazirliyi tərəfindən “Azərbaycanın 100 illiyi” və digər döş nişanları ilə təltif olunmuşam. Qarabağ döyüşlərinin iştirakçısıyam. Mənim üçün əziz olan bir xatirəni söyləmək istərdim. Qarabağ döyüşlərində mən leytenant rütbəsində vuruşmuşam və qayıtdıqdan sonra mənə baş leytenant rütbəsini ulu öndərimiz Heydər Əliyev şəxsən təqdim edib”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi