banner
banner

Şou

Sərdar xanımının bikinili paylaşımları haqda: "Dənizə gecə geyimi ilə girsin?"

| Xəbər 2825 dəfə oxunub
Sərdar xanımının bikinili paylaşımları haqda:
Müğənni Sərdar Ortaç və irlandiyalı model xanımı Xloe Louqnan ötən gün Bebek istiamətində görüntüləniblər.

 
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, jurnalistlərin suallarını cavablandıran Sərdar "Xanımınızın İnstaqramda açıq-saçıq paylaşımlarını münasibətiniz necədir" sualını belə cavablandırıb:

"Gənc qadındır, gözəl şəkillər palaşır. Dənizə gecə geyimi ilə girsin? Xloenin Türkiyəyə alışmağı uzun sürdü. Amma bizim mədəniyyətə sahiblənib. Limitli yaşayır, ölçülü geyinir. Hər şeyə diqqət edir. Kimsinsə həyatına, geyiminə qarışmaq lazım deyil".

Eyni suala Xloe belə cavab verib:

"Fotoları ilk olaraq Sərdara göstərirəm. Niyə qısqansın ki? Bu, mənim işimdir. Bikini markam var, onu reklam edib, pul qazanıram. Həm unutmayın, mən modeləm".

Qeyd edək ki, Louqnan son zamanlar sosial media hesabında bikinili paylaşımlar edirdi. Bu da izləyicilərin müzakirəsinə səbəb olmuşdu. Onlar fotoların altına "Ərin qısqanmırmı?", "Sərdar hara baxır?" kimi şərhlər yazmışdılar.
 

 

 

 

 

 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi