banner
banner

Mədənİyyət

“Xalq mahnıları festivalı” çərçivəsində növbəti konsert

| Xəbər 990 dəfə oxunub
“Xalq mahnıları festivalı” çərçivəsində növbəti konsert

Oktyabrın 10-da Azərbaycan Milli Konservatoriyasında (AMK) “Mədəniyyət” kanalının layihəsi olan “Xalq mahnıları festivalı” çərçivəsində növbəti konsert təqdim edilib.

Konservatoriyadan AZƏRTAC-a bildirilib ki, konsertdə AMK-nın rektoru, Xalq artisti Siyavuş Kərimi, Mədəniyyət kanalının direktoru, Əməkdar artist Ramil Qasımov festivalın işinə uğurlar arzulayıblar, Azərbaycan xalq mahnılarının təbliği istiqamətində aparılan tədbirlərin əhəmiyyətini qeyd ediblər.

Maraqla qarşılanan konsertdə AMK-nın tələbələri Azərbaycanın xalq mahnılarını ifa ediblər.

Qeyd edək ki, oktyabrın 12-dək davam edəcək festival “Mədəniyyət” kanalının təşkilatçılığı, Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilir. Festival çərçivəsində tədbirlər Beynəlxalq Muğam Mərkəzi, Azərbaycan Milli Konservatoriyası və Azərbaycan Dövlət Akademik Filarmoniyasında təşkil edilir.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi