banner
banner

Dünya

Turistlər üçün ən bahalı şəhərlərin reytinqi açıqlanıb

| Xəbər 652 dəfə oxunub
Turistlər üçün ən bahalı şəhərlərin reytinqi açıqlanıb

Turistlər üçün bahalı olan şəhərlərin reytinq siyahısı tərtib olunub.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Global Destination Cities Index" reytinqində "Mastercard" məlumat yayıb.

Reytinqə Dubay şəhəri rəhbərlik edir. Biildirilir ki, turistlər burada orta hesabla təqribən 537 dollar xərcləyirlər.

İkinci pillədə Paris (301 dollar), üçüncüdə isə Sinqapur (286 dollar) var.

Beşliyə Seul (181 dollar) və Banqkok (173 dollar) daxildir.

İlk beşliyə Tokio (154 dollar), London (153 dollar) və Nyu-York (147 dollar) yaxınlaşıb.

"Mastercard" retinqin tərtib olunması üçün əcnəbilərin 162 şəhərdə ödəmələri haqqında məlumatlarından istifadə edib.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi