banner
banner

İdman

"Azərbaycanla oyunda sübut etdik ki..." – Malta millisinin qapıçısı

"Azərbaycanla oyunda sübut etdik ki..."

"Azərbaycanla oyunda qazandığımız müsbət nəticə qarşıdakı 2 görüşə nikbin baxmağa əsas verir".

Qol.az-ın məlumatına görə, bu sözləri Malta millisinin qapıçısı Endryu Hoqq federasiyanın rəsmi saytına açıqlamasında deyib. UEFA Millətlər Liqasının 3-cü turunda sabah Kosovo ilə keçirəcəkləri səfər oyunu haqda danışan 33 yaşlı qolkiper rəqibdən çəkinmədiklərini bildirib:

"Əgər intizamlı və kompakt oynasaq, baş məşqçinin tapşırıqlarını yerinə yetirə bilsək, bu oyunlardan xal və ya xallar götürə bilərik. Kosovo qrupun ən güclü komandasıdır. Amma biz onlara adi futbol komandası kimi baxmalıyıq. Onlar da bizim kimi insanlardır, ona görə də qorxmaq üçün heç bir səbəbimiz yoxdur. Sadəcə, öz oyunumuzu göstərməliyik. Azərbaycanla matçda sübut etdik ki, yaxşı oynaya və topla lazımı səviyyədə rəftar edə bilirik".

Hoqq komandada əla ab-hava olduğunu gizlətməyib: “Düşərgədə nəzərə çarpacaq dərəcədə fərq hiss olunur. Əla atmosfer var və komanda bir-birinə daha sıx birləşib. Futbolçular arasında dostluq münasibətləri və nikbinlik hökm sürür. Bu komandanın bir üzvü olduğum, bura gəldiyim üçün şadam”.

Qeyd edək ki, Malta millisi sabah səfərdə Kosovonun, oktyabrın 14-də isə Bakıda Azərbaycanın qonağı olacaq.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Dünya mediası "Qarabağ"dan yazır

Qarabağ" UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyununda "Bayer 04"ə son dəqiqələrdə buraxdığı qolla 2:3 hesabı ilə məğlub olub.

Futbolçular təyyarədə huşunu itirdi - FOTO

Qambiya milli futbol komandasının bir neçə futbolçusu və heyət üzvü Afrika Millətlər Kubokunda iştirak üçün Kot-d'İvuara uçarkən təyyarədə huşlarını itiriblər.