banner
banner

Gündəm

Bakıda insan hüquqlarının müdafiəsi sahəsində dövlət dəstəyi mövzusunda tədbir keçirilib

| Xəbər 1517 dəfə oxunub
Bakıda insan hüquqlarının müdafiəsi sahəsində dövlət dəstəyi mövzusunda tədbir keçirilib

MDB Parlamentlərarası Assambleyasının Demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi Beynəlxalq institutunun Bakı filialı “Azərbaycan Respublikasında insan və vətəndaşın hüquq və azadlıqlarının müdafiəsi sahəsində dövlət dəstəyi” mövzusunda tədbir keçirib.

Trend-in məlumatına görə, tədbirdə müxtəlif ictimaiyyət və elm xadimləri, professor-müəllim heyəti, ekspertlər, ziyalılar, müxtəlif QHT nümayəndələri, KİV-lər, TÜRK PA-dan olan nümayəndələr və digər dövlət qurumlarının nümayəndələri iştirak ediblər.

Tədbirdə Azərbaycanda insan hüquqlarının təşəkkül və inkişaf tarixi, bu sahədə həyata keçirilən islahatlar, beynəlxalq təşkilatlarla əməkdaşlıq nəticəsində qəbul, ratifikasiya və implementasiya edilən qanunlar, əldə olunan təcrübə barədə geniş müzakirələr aparılıb və MDB PAA DİMBİ Bakı filialının hazırladığı broşuralar (paylama materialları) iştirakçılara paylanılıb.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi