banner
banner

Krİmİnal

Cinayətkar “iş başinda” yaxalandı

| Xəbər 1363 dəfə oxunub
Cinayətkar “iş başinda” yaxalandı

Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Regional Şöbəsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan Trend-ə verilən məlumata görə, Gəncə şəhər sakini 1980-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Anar Tağıyev 2 ədəd siqaretin gümüş falqasına bükülü olan ümumi çəkisi 0.433 qram narkotik vasitə hesab olunan heroini şərti alıcıya satarkən polis əməkdaşları tərəfindən saxlanılıb.

 

Faktla bağlı toplanan material araşdırma aparılması üçün DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə göndərilib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi