banner
banner

Cəmİyyət

Bu il ölkədə 40 mindən çox nikah qeydə alınıb, 9 mindən çox ailə dağılıb

| Xəbər 2103 dəfə oxunub
Bu il ölkədə 40 mindən çox nikah qeydə alınıb, 9 mindən çox ailə dağılıb

Bu ilin 8 ayında Azərbaycanda qeydiyyat şöbələri tərəfindən 40235 nikah qeydə alınıb.

Trend-in məlumatına görə, qeydə alınmış boşanma hallarının sayı isə 9877 təşkil edib. Əhalinin hər 1000 nəfərinə nikahların sayı 6,2, boşanmaların sayı isə 1,5 olub.

Azərbaycanda boşanan qadın və kişilər daha çox 5 ilə qədər davam edən ailəlik həyatından sonra ayrılmağa qərar verirlər.

 

Ötən il ölkədə 14 514 boşanma halı olub ki, onların da çoxunun nikahının davametmə müddəti 5 ilə qədər olub.

Maraqlıdır ki, boşananlar arasında nikahları 9 ilədək davam edənlərin sayı nisbətən azdır. Lakin nikahları 10 il və daha çox davam edənlərin boşanma sayı da çoxdur və bu say 5 ilədək evli qalanlardan sonra ikinci yerdə gəlir.

2017-ci ildə boşanan 5398 cütlüyün nikahı 5 ilədək, 3948-nin nikahı 9 ilədək, 5168-nin nikahı 10 il və daha çox davam edib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi