banner
banner

Mədənİyyət

Biçmə-tikmə dərnəkləri müsabiqəsinin ilk mərhələsi başa çatıb

| Xəbər 1372 dəfə oxunub
Biçmə-tikmə dərnəkləri müsabiqəsinin ilk mərhələsi başa çatıb

Mədəniyyət Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi və Bakı şəhər Mədəniyyət Baş İdarəsi tərəfindən təşkil edilmiş “Mədəniyyət mərkəzləri, mədəniyyət evləri və klubların biçmə-tikmə dərnəkləri üzrə müsabiqə” layihəsinin birinci mərhələsi artıq başa çatıb.

AZƏRTAC xəbər verir ki, müsabiqə dərnəklərin populyarlaşdırılması, onların sosial imicinin artırılması və onlara qarşı ictimai diqqətin yüksəldilməsi məqsədilə keçirilib. Birinci mərhələdə dərnəyin təşkili üzrə fəaliyyətinə (kargüzarlıq işləri, təbliğat fəaliyyəti, dərnək rəhbərinin təhsili və iş təcrübəsi, cəlb olunmuş üzvlər haqqında məlumatlar) müsabiqənin qiymətləndirmə komissiyası tərəfindən baxılıb.

On gün ərzində keçirilmiş baxışda dərnək və müəssisə rəhbəri iştirak ediblər.

Mərhələlər üzrə qaliblərin adı müsabiqənin Nizami Kino Mərkəzində keçiriləcək yekun tədbirində elan olunacaq



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi