banner
banner

İqtİsadİyyat

Dünya Bankının korrupsiya hesabatı Azərbaycana qarşı qərəzdir, yoxsa...

| Xəbər 2544 dəfə oxunub
Dünya Bankının korrupsiya hesabatı Azərbaycana qarşı qərəzdir, yoxsa...

Dünya Bankı növbəti dəfə dünya ölkələrində korrupsiyanın səviyyəsini və inkişaf dinamikasını təhlil edib. Bank bununla bağlı “Qlobal idarəçilik indikatoru” adlı hesabatını yayımlayıb.

Dünya Bankının son hesabatında göstərilənlərə əsasən, korrupsiya ilə mübarizənin effektivliyi səviyyəsinə görə Azərbaycan 100 mümkün baldan yalnız 17.7 bal toplaya bilib. Müqayisə üçün qeyd edək ki, qonşu Gürcüstanda bu göstərici 77.4 baldır və regionda ən yüksək nailiyyət sayılır. Gürcüstan korrupsiya ilə mübarizə səviyyəsinə görə hətta İspaniya, Çexiya, Polşa, Malta, Xorvatiya və İtaliya kimi Avropa ölkələrini üstələyib.

Beynəlxalq qurumun fikrincə, Ermənistanda bu rəqəm 32.6, Türkiyədə isə 49.5 baldır və Azərbaycan korrupsiya ilə mübarizə səviyyəsinə görə regionda Rusiyanı üstələyə bilib - 17.3 bal.

Dünya Bankının “İdarəetmə effektivliyi indikatoru” üzrə tərtib etdiyi yeni cədvəldə də Azərbaycan Gürcüstandan xeyli zəif göstəriciyə layiq görülüb. Bu istiqamət üzrə də Gürcüstan Azərbaycan və Ermənistanla yanaşı, İtaliya, Macarıstan və Bolqarıstan kimi Avropa ölkələrini üstələyir.

Son illərdə Azərbaycanda korrupsiyaya qarşı mübarizənin genişləndirilməsinə, ciddi uğurlar qazanılmasına baxmayaraq bu cür hesabatın ortaya çıxması ölkəmizdə ciddi etiraz doğurub. Ekspertlər Dünya Bankının nəticələrdə qərəzli olduğunun açıq şəkildə göründüyünü bildirirlər. Ermənistana verilən  balın reallıqdan çox-çox uzaq olduğu vurğulanır.

Ä°lgili resim

Sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifov  Dünya Bankının hesabatının anlaşılan olmadığını bildirdi:“Azərbaycanda son illər ərzində korrupsiya və rüşvətxorluğa qarşı aparılan mübarizə dünyanın bir çox mötəbər araşdırma mərkəzləri tərəfindən layiqincə qiymətləndirildiyi bir halda, Dünya Bankının bu hesabatı heç anlaşılmır. 2015-i ilin sonlarından Azərbaycan hökuməti ölkədə postneft dövrünün bitdiyini elan edib ciddi iqtisadi islahatlara start verdi. Neftin qiymətlərinin dünya bazarlarında kəskin azalmağa başladığı bir dönəmdə Azərbaycan kimi bir neft ölkəsinin gözləmə mövqeyi tutmadan iqtisadiyyatın real sektorunun sürətli inkişafına rəvac verməsinini ilk alqışlayanlardan biri də elə Dünya Bankı olmuşdu. Məgər Dünya Bankında bilmirlər ki, bu islahatların başlanğıcında Azərbaycan hökumətinin atdığı ən kəskin addımlar da məhz rüşvət və korrupsiyaya qarşı ciddi bir müharibə elan etməklə başladı? Qısa zaman ərzində gömrük və vergi orqanlarında fəaliyyətin şəffaflaşdırılması istiqamətində ən təsirli tədbirlər görülməyə başlandı. Məmur vətəndaş təmaslarını minimuma endirmək və bütün mümkün hallarda onu tamamilə aradan qaldırmaq məqsədilə bir çox dövlət qurumlarındakı mümkün olan bütün xidmətlər “ASAN Xidmət”ə ötürüldü. Kim deyə bilər ki, əhaliyə və hüquqi şəxslərə minlərlə məsələlərin həlli üzrə xidmət göstərən “ASAN Xidmət” mərkəzlərində kimsə kiməsə 1 manat rüşvət verib? Bu gün “ASAN Xidmət”in şəbəkəsi bütün ölkə üzrə genişləndirilir və xidmət olunan məsələlərin dairəsi getdikcə daha da böyüyür. Bu günlərdə Azərbaycan prezidenti rüşvət və korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi məqsədilə növbəti dəfə çox mühüm qərar qəbul etdi. Ən azından tam ürəklə onu deyə bilərik ki, son 3 il ərzində Azərbaycanda olduğu qədər heç bir ölkədə rüşvət və korrupsiyaya qarşı belə kəskin və intensiv mübarizə aparılmayıb. Bunu Dünya Bankında da çox gözəl bilirlər. Bu qərəzin kökləri çox dərinə gedib çıxır.

Biz bu qəbildən olan ikili standartlarla müşayiət olunan münasibətərlə müstəqil olduğumuz ilk vaxtlardan mütəmadi rastlaşırıq. Azərbaycana bu münasibəti ünvanlayan qüvvələr torpaqlarımızın işğalına göz yumurlarsa, başqa məsələlərdə onların bizə qara yaxması çox asandır. Bu günlərdə Kanadanın bir institutu da Azərbaycandakı biznes mühitin şəffaflığına bu cür qiymət vermişdi. Bu məsələyə münasibətimiz isə belə olmuşdu. Necə olur ki, Azərbaycan biznes mühitin şəffaflıq göstəricisinə görə 106-cı yerdə dayanır, ancaq onun iqtisadiyyatına xarici investorlar bu reytinq cədvəlində daha məqbul yerlər tutmuş ölkələrdən on dəfələrlə çox investisiya qoyurlar?

Bax tək bir bu göstərici kimliyindən asılı olmayaraq Azərbaycanı biznes mühitin münbitliyi və korrupsiyaya qarşı mübarizəyə görə aşağı yerlərə qoyanlara ən tutarlı cavabdır. Hər bir ölkədəki biznes mühitinin ən yaxşı qiymətləndiricisi bu ölkəyə yatırım edən investorlar ola bilər. Bu gün onlar Azərbaycana çox məmnuniyyətlə gəlib bir ildə 7-8 milyard dollar sərmayə qoyurlarsa, kiminsə Azərbaycanı hansısa bir reytinq cədvəlində neçənci yerə qoymasının heç bir əhəmiyyəti yoxdur. Azərbaycanın yenidən sürətli iqtisadi inkişaf yoluna qayıtmasını həzm edə bilməyənlər hələ bundan sonra da bizə qarşı bu cür oyunlar oynamaqda davam edəcəklər. Biz bu gün regionun həm iqtisadi, həm də hərbi nöqteyi-nəzərdən ən güclü ölkəsiyik. Siyasi çəkimiz də günü-gündən artır. Regionda bir dənə də olsun qlobal məsələ Azərbaycanın iştirakı olmadan həll edilmir. Bu gün Azərbaycan Avropanın tərəfdaşına deyil, tərəf-müqabilinə çevrilir. Bax, bütün qısqanclıqların kökündə dayanan da sadaladığımız uğurlarımızdır”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi