banner
banner

İdman

Nazarov: "Fərdi yox, komanda şəklində yaxşı oyun sərgilədik"

Nazarov: "Fərdi yox, komanda şəklində yaxşı oyun sərgilədik"

"Çox çətin hava şəraiti var idi. Meydançanın da ot örtüyü süni idi. Biz belə meydanda oynamağa öyrəşməmişik. İlk dəqiqələrdən rəqib təzyiq göstərdi. Komanda şəklində yaxşı çıxış edirdik. Öz şansımızı gözlədik. Əlimizə düşən şansı da yaxşı dəyərləndirdik. Komandamız yaxşı oynadı. Fərdi yox, komanda şəklində yaxşı oyun sərgilədik. Biz qələbəyə daha çox layiq idik. Şadam ki, 3 xalı qazana bildik".

"Report" xəbər verir ki, bunu Azərbaycan milli komandasının futbolçusu Dmirtri Nazarov Millətlər Liqasının III turunda səfərdə Farer adalarını 3:0 hesabı ilə məğlub etdikləri oyundan sonra danışarkən deyib.

28 yaşlı yarımmüdafiəçi daha sonra jurnalistlərin suallarını cavablandırıb.

Vurduğunuz qol barədə nə deyə bilərsiniz. Sanki Rüfət Dadaşovla bir-birinizi yaxşı başa düşürdünüz?

- İlk növbədə onu demək istəyirəm ki, Rüfətin yenidən milliyə qayıtması üçün çox şadam. Biz məşqdə də bir-birimizi yaxşı başa düşdüyünümüzü anlayırıq. Bu oyuna yaxşı hazırlaşmışdıq. Baş məşqçimiz də kollektivi bu matça yaxşı hazırlaşdırıb. Ən vacibi odur ki, biz qələbə qazandıq.

Sanki oyun ərzində rəqib futbolçu Hallur Hansson ilə mübahisə edirdiniz?

- Onunla heç bir problemimiz yoxdur. Bu futboldur. Bəzən belə hallar olur.

Rəqib sarı vərəqə alandan sonra Rüfət Dadaşov da onunla mübahisə edirdi. Bu bilərəkdən edilirdi ki, oyunçu qırmızı vərəqə alsın?

- Sarı vərəqə alandan sonra Rüfət ona qarşı oynamağa başladı. Rəqibin qırmızı vərəqə almasını istəyirdik. Oyun gedə-gedə rəqibi zəiflətmək barədə düşünürdük. Futbol belə idman növüdür. Bu normaldır.

Komandanı uzun səfər gözləyir. Milli Malta ilə oyuna kimi bərpa olacaqmı?

- Malta da bu gün oynayıb. Onlar da Bakıya gələcəklər. Biz buna öyrəşmişik. Əsas odur ki, növbəti oyunu doğma meydanda oynayacağıq və qələbə qazanmaq istəyirik.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Dünya mediası "Qarabağ"dan yazır

Qarabağ" UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyununda "Bayer 04"ə son dəqiqələrdə buraxdığı qolla 2:3 hesabı ilə məğlub olub.

Futbolçular təyyarədə huşunu itirdi - FOTO

Qambiya milli futbol komandasının bir neçə futbolçusu və heyət üzvü Afrika Millətlər Kubokunda iştirak üçün Kot-d'İvuara uçarkən təyyarədə huşlarını itiriblər.