banner
banner

Sİyasət

ABŞ-da keçirilən simpoziumda Azərbaycan multikulturalizmi müzakirə olunub

ABŞ-da keçirilən simpoziumda Azərbaycan multikulturalizmi müzakirə olunub

ABŞ-ın Yuta ştatının Provo şəhərində yerləşən nüfuzlu Briqam Yanq Universitetində 7-9 oktyabrda keçirilən Beynəlxalq hüquq və din simpoziumunda Azərbaycan multikulturalizmi əsas müzakirə mövzularından olub.

Azərbaycanın Los-Ancelesdəki Baş konsulluğundan Trend-ə verilən məlumata görə, 50 ölkədən 150-dək siyasi-ictimai və din xadimlərinin, elm, QHT və media nümayəndələrinin qatıldığı simpoziumda insan haqları, beynəlxalq dini azadlıqların qorunması və digər mövzular üzrə müzakirələr aparılıb.

Simpoziumda bir sıra tanınmış xadimlər, o cümlədən ABŞ Dövlət Departamentinin dini azadlıqlar üzrə səfiri Səm Braunbək, Avropa İttifaqının dini azadlıqlar üzrə xüsusi elçisi Yan Fiqel və Avropa İnsan Haqları Məhkəməsinin sabiq hakimi Ann Pauer-Ford iştirak ediblər.

Universitetin dəvətilə simpoziumda çıxış edən Azərbaycanın Los-Ancelesdəki Baş konsulu Nəsimi Ağayev Azərbaycanda mövcud olan dinlərarası harmoniya, qədim tolerantlıq və multikulturalizm ənənələri haqda ətraflı məlumat verərək, əhalisinin əksəriyyəti müsəlman olan ölkəmizdə İslam dini ilə yanaşı, digər dinlərə mənsub insanların qarşılıqlı anlaşma, mehriban qonşuluq və əmin-amanlıq şəraitində yaşadıqlarını diqqətə çatdırıb. Baş konsul Azərbaycanda tarixdən mövcud olan bu ənənələrinin qorunması və inkişafının, eləcə də multikultural dəyərlərin təbliğinin ölkə rəhbərliyinin daim diqqət mərkəzində olduğunu vurğulayıb. Ölkəmizin dinlərarası harmoniyaya verdiyi töhfələrdən bəhs edən baş konsul Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondunun Vatikanda tarixi katakombaların, eləcə də Fransa, Rusiya və Bolqarıstanda tarixi-dini abidələrin bərpası üçün gördüyü işlərdən söhbət açıb.

Çıxışdan sonra N.Ağayev iştirakçıların çoxsaylı suallarını cavablandırıb.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Hər şeyi planlı şəkildə edirik ki... - İlham Əliyev

Qarabağ və Şərqi Zəngəzur torpaqlarında ən müasir texnologiyaların tətbiqi nəticəsində həm taxılçılıq, həm meyvəçilik, bostançılıq, üzümçülük geniş vüsət alacaq. Hurriyyet.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev aprelin 16-da Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlqoyma mərasimindəki çıxışında bildirib. Həmin ərazilərin Azərbaycanın ən gözəl yerlərindən biri olduğunu vurğulayan dövlətimizin başçısı qeyd edib: “Kənd təsərrüfatı üçün yararlı torpaqların, su resurslarının - çayların, bulaqların, yaylaqların mövcudluğu həm heyvandarlıq, həm də bitkiçilik üzrə çox böyük imkanlar yaradır. Biz hər şeyi planlı şəkildə edirik ki, hər qarış torpaqdan maksimum məhsuldarlıq, maksimum səmərə götürək və bunu edəcəyik”.

Azərbaycan XİN təcili BƏYANAT YAYDI

Ermənistanın Azərbaycana qarşı törətdiyi mina təhlükəsinə son qoymaq üçün təcili tədbirlər görülməsinə və beynəlxalq tərəfdaşların dəstəyinə ehtiyac var.

Hökumət Milli Məclisdə toplanacaq

Milli Məclisin yaz sessiyasında hökumətin növbəti dəfə Milli Məclisin iclasına toplaşacağı gözlənilir. Bu, ötən ilin dövlət büdcəsinin icrası ilə əlaqədar təqdim olunan hesabatla bağlıdır.