banner
banner

Sİyasət

Siyavuş Novruzov: Biz fəaliyyətimizlə anti-Azərbaycan ab-havasının yaradılmasına imkan verməməliyik

| Xəbər 2503 dəfə oxunub
Siyavuş Novruzov: Biz fəaliyyətimizlə anti-Azərbaycan ab-havasının yaradılmasına imkan verməməliyik

“Ümummilli lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra bütün qonşularla pozulan münasibətlər yenidən quruldu və bu gün də bu siyasət uğurla, balanslaşdırılmış şəkildə davam etdirilir”.

Trend-in məlumatına görə, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin bu gün keçirilən plenar iclasında çıxış edərkən deyib.

Azərbaycanı istəməyən qüvvələrin aranı qatmaq istədiyini deyən deputata bildirib ki, bu gün ermənilərin əli ilə ölkəmizə qarşı müxtəlif addımlar atılır:

“Bu ilin bir neçə ayı ərzində bir neçə xarici, aparıcı, eləcə də qonşu ölkələrin rəhbərləri Azərbaycana səfər edib, biznes-forumlar keçirilib, sənədlər imzalanlıb. Bura Rusiya, Almaniya, Türkiyə və digərləri daxildir. Biz fəaliyyətimizlə bu qurulan münasibətlərə xələl gətirməməli, anti-Azərbaycan ab-havasının yaradılmasına imkan verməməliyik”.

S.Novruzov qeyd edib ki, hazırda həssas dövrdür: “Hesab edirəm ki, burada oturan hər bir şəxs öz dövlətini sevən biridir. Biz öz əməli fəaliyyətimizlə Prezdentin apardığı xarici siysətə xələl gətirməməliyik”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi