banner
banner

Mədənİyyət

Heydər Əliyev Sarayında İqor Ponomarenkonun orkestrinin konserti olub

Heydər Əliyev Sarayında İqor Ponomarenkonun orkestrinin konserti olub

Oktyabrın 13-də Heydər Əliyev Sarayında Sankt-Peterburqdan olan məşhur dirijor, musiqiçi və bəstəkar İqor Ponomarenkonun rəhbərliyi ilə orkestrin ifasında “Rock Hits Show” adlı konsert proqramı təqdim edilib.

AZƏRTAC xəbər verir ki, konsertdə bir-birindən maraqlı kompozisiyalar səsləndirilib.

Qeyd edək ki, bir sıra əsərləri, xüsusilə də məşhur “Xanım və kəndli qadın” və “Kaştanka ehtirasları” müziklləri bəstəkar və dirijor İqor Ponomarenkoya şöhrət gətirib. O, həmçinin “Ma.Qr.İq.Al” və “Terem-kvartet” musiqi kollektivlərinin yaradıcısıdır. İqor Ponomarenko Rusiyada və bütün dünyada böyük populyarlıq qazanmış Sankt-Peterburq “IP ORCHESTRA” simfonik orkestrinin əsasını qoyub



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər