banner
banner

Mədənİyyət

Rusiya teatrı Bakıda “Kimsəsiz ada” tamaşasını göstərəcək

Rusiya teatrı Bakıda “Kimsəsiz ada” tamaşasını göstərəcək

Noyabrın 10-a Rusiyanın Mariinski Teatrı “YARAT” Müasir İncəsənət Mərkəzində çıxış edəcək.

Teatr bu məkanda “Kimsəsiz ada” tamaşası ilə teatrsevərlərin görüşünə gələcək. 2018-ci ildə Mariinski Teatrının gənc opera müğənniləri akademiyasının bədii rəhbəri Larisa Abisalovnanın təşəbbüsü ilə Yozef Haydnın “Kimsəsiz ada” operası səhnəyə qoyulub.

Cənub dənizində, kimsəsiz bir adada iki bacı yaşayır - Konstansiya və Silviya. On üç il əvvəl, Silviya hələ körpə olanda, Konstansiyanın əri Cernandonun müşayiəti ilə onlar Qərbi Hindistana dəniz səfərinə çıxırlar. Amma, tufan nəticəsində onlar kimsəsiz bir adada məskunlaşmağa məcbur olurlar. Bədbəxtlikdən, həmin vaxt bu adaya pirat gəmisi yan alır. Bacılar mağarada dincələrkən dəniz quldurları Cernandonu əsir götürür və özləri ilə aparırlar…

Y.Haydnın barokko üslublu operası, bu başıbəlalı adanı təmsil edən xalça-xəritə üzərində tamaşanı oynayan akademiya məzunlarının iştirakı ilə səhnələşdirilib. Rejissorluq gənc Aleksey Smirnova həvalə edilib. “Kimsəsiz ada” operasının dirijoru həmyerlimiz Cavad Tağızadədir. O, Mariinski Teatrının dirijor pultunun arxasına keçərək, bir neçə onilliklər sonra, maestro Niyazinin ənənələrini davam etdirir.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər