banner
banner

Gündəm

XXI əsrin GMO bəlası - səssiz qatildən necə xilas olaq?

XXI əsrin GMO bəlası -

Müasir dövrümüzün qlobal bəlalarından biri də Genetik Modifikasiya olunmuş Orqanizmlərdir (GMO). Orqanizm dedikdə, bu həm insan, həm heyvan, həm də bitki ola bilər. Geni dəyişdirilmiş, yəni genetik  modifikasiyaya uğramış  bitki növü artıq soyuğa, həşəratlara və gəmiricilərə qarşı  davamlı olur. İstehsal zamanı məhsuldarlıq artır, itki çox aşağı olur.

Bu səbəbdən fermerlər GMO məhsullar yetişdirməkdə maraqlıdırlar. Həmçinin heyvan yemlərinin də GMO-lu olması onların orqanizmində bəzi dəyişikliklərə səbəb olur. GMO-nun insan orqanizminə zərərli olması da artıq araşdırmalar nəticəsində sübut olunub.

Xarici ölkələrdə GMO məhsulları xüsusi qaydada markalanır və ilk baxışdan alıcıya bu malın GMO olub-olmaması haqqında informasiya verilmiş olur. Ölkəmizdə isə bu cür çeşidləmə həyata keçirilmir. Xüsusən kənd təsərrüfatı məhsulları bazarlarında GMO məhsulları seçmək çətindir.

Bəs görəsən, hansı məhsullar ekoloji baxımdan daha təmiz sayılır, yerli, yoxsa xarici? GMO daha çox hansı meyvə-tərəvəzdə aşkarlana bilər və alıcılar onu necə ayırd edə bilərlər?

“Yeni Müsavat”ın müxbiri paytaxtın ən böyük kənd təsərrüfatı bazarlarından biri olan “8-ci kilometr” bazarına baş çəkərək bu suallara cavab tapmağa çalışıb.

Qeyd etdiyimiz  kimi, bazarlarda heç bir məhsulun üzərində onun GMO olub-olmamasını bildirəcək bir etiket vurulmayıb. Bununla belə, məhsulların heç də hamısının ekoloji baxımdan yararlı olmadığı hər kəsə bəllidir. Lakin problem odur ki, alıcılar buna fərq qoymadan daha çox görünüşcə gözəl olan meyvə-tərəvəzləri almağa üstünlük verirlər.

Satıcılar deyir ki, bazarda GMO məhsullara tələbatı artıran əsas məqam alıcıların məhsul alarkən onun görünüşünə fikir verməsidir: “Hamı standart, eyni boyda və üzərində bir nöqtə belə olmayan, qabığı parlaq olan meyvə  almaq istəyir. Aydın məsələdir ki, bu cür məhsullar GMO-dur. Təbii şəkildə  yetişən meyvələrdə adətən çürük də ola bilər, qurd da, ləkə də. Ancaq insanlar bu cür məhsulları almaq istəmirlər. Görünüşü gözəl olan o meyvələrdə isə dad yoxdur".

Digər bir satıcı isə kartofun da  GMO-ya məruz qaldığını və bazardakı məhsulların böyük əksəriyyətinin bu növdən olduğunu vurğuladı: “Ən çox kartofların geni dəyişdirilir. Məqsəd daha dözümlü və gec xarab olan məhsul əldə etməkdir. Xaricdən idxal olunan kartofların əksəriyyəti bu baxımdan ekoloji sağlam deyil. Dünyada bəlkə də ən dadlı kartof Gədəbəy kartofudur. Bəzi ölkələrdən idxal olunan kartoflar yeməkdə saatlarla bişsə də yenə də çiy qalır. Məhz bu GMO əlamətidir. Yerli kartof isə qısa zamanda yumşalır, hətta dağılır. Hökumətin kartof idxalı ilə bağlı rüsumu artırması bu milləti xilas edən bir  qərar oldu, GMO-lu məhsullar bazarda azaldı. İndi yerli fermerlər daha həvəslə istehsal edib bazarı təmiz məhsulla təmin edəcəklər”.

Satıcılar pomidor alarkən də diqqətli olmağı, üstü qırmızı, içi isə sarı damarlarla əhatə olunan lətsiz pomidorlardan istifadə etməməyi tövsiyə etdilər.

Həmsöhbət olduğumuz alıcılar da qidaların keyfiyyəti, xüsusən də meyvə-tərəvəzin ekoloji təmizliyi ilə bağlı çox  narahat olduqlarını və seçim etməkdə çətinlik çəkdiklərini bildirdilər. Onların sözlərinə görə, bu baxımdan yerli məhsullara daha çox üstünlük verirlər. Çünki idxal məhsulları ölkəyə gətirilərkən yetərincə  yoxlanmır, müayinələr aparılmır.

Eyyub Hüseynov ile ilgili görsel sonucu

Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov  da artıq GMO-nun zərərli olması ilə bağlı fikrin təsdiq olunduğunu bildirdi: “GMO məhsulları sırf pul qazanmaq hərisliyi ilə insanların müdaxiləsi nəticəsində yaranmış məhsullardır və heyvan genlərinin bitkilərə keçirilməsi yolu ilə əldə edilir.  10 il olar ki, ölkəmizdə ekoloji təmiz kənd təsərrüfatı haqqında qanun qəbul olunub. Həmin qanunda genetik modifikasiya olunmuş məhsullar ekoloji təmiz olmayan məhsul kimi nəzərdə tutulur. Həmin qanunda GMO məhsullarının markalanması da qeyd olunub. Çox təəssüf ki, bu  cür əhəmiyyətli bir qanunun işlək mexanizmi yoxdur və genetik modifikasiya olunmuş məhsullar markalanmır. GMO-nun lobbiçiliyini aparan bir çox qurumlar var, o cümlədən Ümumdünya Ticarət Təşkilatı. Onlar dəfələrlə bizim ofisimizdə olublar və məni fikrimdən daşındırmağa çalışıblar ki, guya GMO yaxşıdır”. 

Ekspertin sözlərinə  görə, bəzi hallarda hətta laboratoriyalar GMO məhsullarını ayırd etməkdə çətinlik çəkirlər: “Əhali bu haqda bir çox nəzəri məlumatlara sahib olsa da, GMO-nu ayırd etmək çox çətindir. Mən Azərbaycanda mövcud olan laboratoriyaları test etmək üçün xaricə səfərimdə 5 növ  GMO məhsul gətirdim. Azərbaycanda bu məhsulları GMO-nu yoxlayan laboratoriyara verdim. Laboratoriyalardan biri qeyd etdi ki, burada GMO var, digəri isə müəyyən edə bilmədi. Mən ondan sonra anladım ki, ölkədəki laboratoriyalar məhsullara mükəmməl şəkildə nəzarət edə bilmir. Çox təəssüf ki, bazarlarımızda belə məhsullar satılır. Milli Məclisdə deputat Eldar İbrahimov  GMO-nun əleyhinə olan adamdır. Lakin dövlət qurumlarında olan adamlar arasında GMO-nun tərəfdarları var və məni tənqid edirlər. Əgər haqlı olsaydılar və GMO yaxşı olsaydı, BMT-nin ”Ətraf mühitin və biomüxtəlifliyin qorunmasına dair" beynəlxalq sənədi və ondan irəli gələn yüzlərlə ölkənin ratifikasiya etdiyi Karfagen  protokolu olmazdı. Ölkə başçısının da GMO-nun qarşısının alınması üçün verdiyi sərəncamlar var. Əlbəttə, GMO-nun yaxşı tərəfləri də var, məsələn, insulin GMO-dan alınır. Yalnız bunun üçün təklif olunmasını alqışlamaq olar. Lakin kənd təsərrüfatı məhsullarında bu, yolverilməzdir. O bitkinin ki, içindən toxum çıxmır və ya toxumu olsa da əkəndə məhsul bitmir, deməli, onlar GMO məhsullardır. Azərbaycan bazarında qarpız, kartof, pomidor kimi məhsulların bir qismi genetik modifikasiya olunub. GMO-nun ziyanı artıq sübut olunub. Ən qorxulusu odur ki, insanların nəsilartırmaq qabiliyyətinin azalması, xərçəngin artması, müxtəlif xəstəliklərin yaranmasında GMO-nun da təsiri var".



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Kamran Əliyev tutduğu vəzifədən azad edildi

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini, Qeydiyyat-İmtahan və Texniki Baxış İdarəsinin rəisi polis polkovniki Kamran Əliyev təqaüdə göndərilib.

Parkinq sabotajı: Məmurların pul qazanmaq ehtirası, yoxsa...

Azərbaycan Dəmir Yolları ASC-nin sürücülərin rahatlığı üçün yaratdığı parkinq xidmətinin qiyməti şok effekti yaradıb. Onsuz da şəhərdə parkinq qiymətləri kifayət qədər yüksək idi və sürücülər buna etiraz edirdilər. Lakin ADY rəhbərliyinin parkinq xidməti üçün təyin etdiyi qiymət səbir kasasını doldurdu.

“Azərbaycanda varlıların işğal etdikləri torpaqlar var”: Komitə sədrindən AÇIQLAMA - FOTO

Azərbaycanın bəzi rayonlarında min hektarlarla əkinəyararlı torpaq sahələri, örüş yerləri hasarlanıb və illərdir toxunulmaz ərazilər kimi imkanlı şəxslərin, o cümlədən məmurların mülkiyyətində saxlanılır. Hətta dövlət başçısı da zamanında əkinəyararlı torpaqların imkanlı şəxslər tərəfindən zəbt edilməsinə diqqət çəkmişdi.

SON DƏQİQƏ! XİN məlumat yaydı

Maraqlıdır ki, Azərbaycan 30 ilə yaxın silahlı təcavüzün, işğalın və etnik təmizləmənin qurbanı olduğu halda və hətta BMT Təhlükəsizlik Şurasının Ermənistanın işğalçı qüvvələrinin dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsinə baxmayaraq, heç zaman Aİ və ABŞ-dən bu formada qeyd-şərtsiz dəstək almayıb.

Azərbaycanın quru sərhədləri açılmayacaq

“Rusiyada baş verən son terror aktı da göstərdi ki, yalnız daxilə fokuslanmaq olmaz və bütövlükdə təhlükəsizlik mühiti xarici təhdidlərlə uzlaşdırılmış şəkildə qiymətləndirilməlidir”.

Bir ünvanda qeydiyyata alınmış onlarla MMC-nin arxasında kimlər durur – Vergi Xidməti bu müəmmanı açacaqmı?

Ötən il Bakıda tanışlarının adına müxtəlif ünvanlarda Məhdud Məsuliyyətli Cəmiyyətlər yaradan şəxs həbs edilməsi barədə məlumat yayılmışdı. Məlumatda qeyd edilirdi ki,sahibkar müxtəlif tanışlarının adına MMC-lər açmaqla pul qazansa da, vergi borcunu ödəməkdən boyun qaçırıb. Bir neçə gün əvvəl isə dövlət büdcəsinə 5 milyon manata yaxın vergi borcunu ödəməkdan yayınan şəxsə hökm oxunduğu barədə xəbərlər yayılıb.