banner
banner

Sosİal

Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti gələn il nəşr ediləcək

Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti gələn il nəşr ediləcək

Azərbaycan dilinin yeni orfoqrafiya lüğətinin bu ilin sonuna kimi hazır olması, gələn ilin birinci yarısında nəşr edilməsi nəzərdə tutulur.

Bunu Trend-ə Orfoqrafiya Komissiyasının sədr müavini, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli deyib.

İ.Həbibbəylinin sözlərinə görə, hazırda AMEA Dilçilik İnstitutunda orfoqrafiya lüğətinin hazırlanması üzərində iş aparılır:

 

“Azərbaycan dilində 100 mindən çox söz var ki, onların maksimum 1000-i orfoqrafiya qaydaları əsasında yenilənmə tələb edir. Həmin sözlər dəqiqləşdirilib. Hesab edirəm ki, yenilənmiş orfoqrafiya qaydaları Nazirlər Kabineti tərəfindən təsdiqləndikdən sonra Azərbaycan dilinin müstəqillik dövrünün mükəmməl, geniş lüğətini hazırlayıb cəmiyyətə təqdim edə biləcəyik".

Xatırladaq ki, orfoqrafiya lüğəti Azərbaycan dilinin sözlərinin yazılışında əsas mənbə hesab edilir. Azərbaycan dilinin sonuncu orfoqrafiya lüğəti 2013-cü ildə nəşr edilib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ərazilərdə yerləşən sənədsiz EVLƏR SÖKÜLƏ BİLƏR - AÇIQLAMA

Bakı və ətraf ərazilərdə çoxsayda sənədsiz evlər mövcuddur. Bu sənədsiz evlər müvafiq kateqoriya üzrə qadağan olunan ərazilərdə tikildiyi üçün vətəndaşlar çıxarış ala bilmir və həmin evlər sökülür. Artıq Azərbaycanda sənədsiz evlərin sökülməsi ilə bağlı müavfiq işlər görülür və bu barədə təkliflər aktuallaşıb. Bəs hansı ərazilərdə yerləşən sənədsiz evlər söküləcək?

Ekspertdən Xəzər dənizi ilə bağlı SOS

“Xəzər dənizində süni torpaq sahələrinin yaradılaraq icarəyə və istifadəyə verilməsinə dair yeni qanun layihəsinin tərəfdarı deyiləm. Çünki bu, Xəzər dənizinin sahil xəttinin zəbt edilməsinə dair ciddi risklər yaradacaq”.