banner
banner

Təhsİl

Təhsil naziri gənclərin texniki ixtisaslara artan marağından danışdı

| Xəbər 4320 dəfə oxunub
Təhsil naziri gənclərin texniki ixtisaslara artan marağından danışdı

Son 5 il ərzində texniki və texnoloji ixtisasların daxil olduğu I ixtisas qrupu üzrə 600-dən çox bal toplayanların sayında 81 faiz artım olub.

Trend-in məlumatına görə, bunu təhsil naziri Ceyhun Bayramov deyib.

Nazirin sözlərinə görə, ötən müddətdə bu qrupda bal göstəricisi 39 faiz artıb. Builki qəbul kampaniyasında maksimum 100 faiz nəticə göstərən 29 abituriyentin 13-ü məhz I qrupu seçib.

C.Bayramov qeyd edib ki, 2007-2015-ci illər üzrə "Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində dünyanın aparıcı ali məktəblərində 3500-dən çox tələbə təhsil alıb. Texniki sahənin dövlət siyasətində prioritetliyi nəzərə alınaraq, 684 tələbə məhz mühəndislik ixtisası üzrə təhsil almaq üçün xarici ölkələrin ali məktəblərinə göndərilib.

Nazir əlavə edib ki, müasir dövrün çağırışlarına, beynəlxalq səviyyədə sürətlə dəyişən əmək bazarında rəqabətə cavab verən səriştəli mütəxəssislərin hazırlanması hər bir dövlətin beynəlxalq səviyyədə rəqabətliliyinə təsir edən əsas amillərdəndir:

"Bu baxımdan gənclərdə kreativ düşüncə, innovativ yanaşma vərdişlərinin formalaşması əsas prioritetlərdəndir. Sevindirici haldır ki, Azərbaycanda insan kapitalının inkişafı dövlət siyasətinin prioritetlərindən biridir".



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi