banner
banner

Sağlamlıq

Göbələklərlə bağlı səhv məlumatlar

| Xəbər 1889 dəfə oxunub
Göbələklərlə bağlı səhv məlumatlar

Mütəxəssislər xalq arasında göbələklərlə əlaqədar bir çox səhv məlumatın gəzdiyinə diqqət çəkərək xəbərdar etdi. Xüsusilə zəhərli və zəhərsiz göbələyin yan-yana olmayacağı, qurdların, böcəklərin yediyi göbələyin zəhərli olmayacağı, qurudulmuş, bişirilmiş göbələyin zəhərli olmayacağı kimi. Bu məlumatlar səhv məlumatlardır. Zəhərli və zəhərsiz göbələk yan-yana ola bilər, qurdlu göbələk zəhərli ola bilər. Göbələk bişirilmədən yeyilməməlidir, amma bişirmə zəhərini aradan aparmaz."

Mütəxəssislər, göbələyin təsirlərinin qalıcı ola biləcəyini bildirdilər: "Göbələk zəhərlənmələri sadə hallarda qarşımıza çıxdığı kimi, ağır hallarda da qarşımıza çıxa bilər. Xüsusilə orqan çatışmazlığı formasında qarşımıza çıxa bilər.

Zəhərlənmə bütün orqanlara təsir edir, amma xüsusilə qaraciyər və böyrək çatışmazlığı olaraq görsənə bilər. Əvvəl ürək bulanması, qusma formasında görsənən təsirlər verir, daha sonra orqan çatışmazlığına qədər apara bilər".



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi