banner
banner

Sosİal

Badamdar şosesində sürüşmə nə qədər davam edəcək? - RƏSMİ CAVAB

| Xəbər 1249 dəfə oxunub
Badamdar şosesində sürüşmə nə qədər davam edəcək?

Badamdar şosesində baş verən sürüşmə zonasında aktivliyin dayanma vaxtı dəqiq bilinmir.

Trend-i məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

 

Onun sözlərinə görə, gün ərzində müşahidələr davam etdirilir: "Dünən sürüşmənin sağ və sol hissəsində xırda çatlar əmələ gəlmişdi. Sol qanaddakı çat genişlənib və gərginlik artıb. Dünən yağış yağdı, torpaq kütləsi ağırlaşdı və üzərində uçqunlar baş verdi. Proses davam edir".

Ə.Qaralov bildirib ki, sürüşmə prosesinin nə zaman dayanacağı dəqiq bilinmir: "Kütlənin gərginliyi çıxana və torpaq qatı yerini alana kimi bu proses davam edəcək.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi