banner
banner

Krİmİnal

Azərbaycanlı kriminal avtoritet güllələnərək öldürüldü -Lənkəranskinin adamıdır

| Xəbər 2779 dəfə oxunub
Azərbaycanlı kriminal avtoritet güllələnərək öldürüldü

Azərbaycanlı kriminal avtoritet Köçəri Sumqayıt qətlə yetirildi.

 Criminal.Az saytına mərhumun dostu Elnur Sumqayıtlı məlumat verib. O bildirdi ki, Köçəri ötən gün Ukraynanın paytaxtı Kiyev şəhərində atışma zamanı öldürülüb.

Köçəri dəfn olunması üçün doğulduğu Bərdə rayonuna aparılıb.

K.Sumqayıt mərhum "qanuni oğru" Rövşən Lənkəranskinin klanının üzvü olub. "Qanuni oğru" Dato Ağcabədinski, Dadaş və Ruslan qardaşları ilə yaxın münasibəti olub. K.Sumqayıt Azərbaycanda məhkumluq həyatı yaşayıb. Həbsxanada vəziyyət yaradıb.

Atışmanın hansı qruplaşmalar arasında baş verməsi hələlik məlum deyil. Əlavə məlumat veriləcək.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bakıda silahlı şəxs saxlanılıb

Xəzər Rayon Polis İdarəsi 2-ci Polis Şöbəsi əməkdaşları tərəfindən vətəndaşlarda qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi məqsədilə uğurlu əməliyyat həyata keçirilib.

Bakıda keçmiş məhkum avtomobildən oğurluq edib

Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə müraciət edən Şamaxı rayon sakini V.Ağakişiyev M.Həsənov küçəsində naməlum şəxsin onun “VAZ-2104” markalı avtomobilindən 100 manatını götürüb qaçdığını bildirib.